İran İslam Respublikası prezidentinin birinci müavini deyib ki , Tehran Azərbaycan R. ilə əlaqələrin genişləndirilməsini zəruri hesab edir
well/Aran agentliyi
İran İslam Respublikası prezidentinin birinci müavini deyib ki , Tehran Azərbaycan R. ilə əlaqələrin genişləndirilməsini zəruri hesab edir.
Müxbirimizin məlumatına əsasən, Məhəmmədrza Rəhimi Culfa sərhədində İran – Naxçıvan körpüsünün açılış mərasimində deyib: Əgər Az.R rəhbərliyi əlaqələrin inkişafı istiqamətində ciddi addımlar atsalar, Tehran ikitərəfli əməkdaşlıqların inkişafına yardım etməyə hazırdır.
İkitərəfli əlaqələrin inkişafı üçün İranla Az.R arasında yüksək potensialın mövcudluğuna toxunan Rəhimi qeyd edib ki , hələ də potensiallardan yaxşı istifadə olunmayıb və iki ölkə bu potensiallardan istifadə edə bilərlər.
İran –Naxçıvan körpüsü İİR, Az.R və Naxçıvan Muxtar R. arasında əlaqələri asanlaşdırmaq üçün tikilib.
Bu körpünün inşası üçün 40 milyon dollar vəsait xərclənib.
Körpünün istifadəyə verilməsi mərasimində Az.R-nın baş naziri Artur Rasizadə , xarici işlər nazirinin müavini Xələf Xələfov və Naxçıvan Ali məclisinin sədri Vasif Talibov iştirak edib.