Tarix : 2011 Jun 26
Kod 23632

QAT ''Dərhal müharibə başlasın'' tələbi ilə aksiya keçirəcək

''Danışıqları davam etdirməyin heç bir mənası yoxdur”
well/Aran agentliyi

Bu gün Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin toplantısı keçirilib. Bu barədə "SalamNews"-a təşkilatdan məlumat verilib.

Toplantıda prezidentlərin Kazan görüşündən sonra Qarabağın taleyi ilə bağlı yaranmış təhlükəli vəziyyət müzakirə olunub və qərar qəbul edilib. Qəbul olunmuş qərarda göstərilir ki, Kazan görüşünün nəticəsiz sona çatması bir daha həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını nümayiş etdirdi:

“Minsk Qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur”.

Qəbul olunan sənədə görə, QAT Ali Məclisi deyilənləri nəzərə alaraq hakimiyyətdən dərhal müharibəni başlamağı tələb edir.

Bundan başqa QAT qərar alıb ki, BMT qarşısında “Ermənistana sanksiyaların tətbiq olunması”, hakimiyyət qarşısında isə “Dərhal müharibə başlasın” tələbləri ilə aksiyala keçirilsin. Bundan başqa Qarabağ döyüşçülərinin Forumunun və Azərbaycanın iqtidarlı-müxalifətli bütün siyasi, ictimai qurumlarının iştirakı ilə Qarabağ Qurultayının keçirilməsi haqda qərar qəbul olunub. Tədbirlərin konkret vaxtının müəyyən edilməsi İdarə heyətinə tapşırılıb.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 26