Tarix : 2011 Jun 26
Kod 23636

Şərqi Azərbaycan vilayətinin ostandarı Azərbaycan Respublikası tərəfindən viza probleminin həll o...

“İran camaatı da Azərbaycan Respublikasına səfərlərinin asan olması üçün viza probleminin həllini istəyir”
well/Aran agentliyi

 

Şərqi Azərbaycan vilayətinin ostandarı Azərbaycan Respublikası vətəndaşlarının müalicə məqsədilə vizasız olaraq Təbrizə gəlmələrinə işarə edərək dedi: “İran camaatı da Azərbaycan Respublikasına səfərlərinin asan olması üçün viza probleminin həllini istəyir”.

Arannewsin “İRNA”-ya istinadala verdiyi xəbərə görə Əhməd Əlirza Biygi, İİR Prezidentinin birinci müavini Məhəmməd Rza Rəhiminin iştirakı ilə keçirilən Culfa-Naxçıvan sərhəd körpüsünün açılış tədbirində qeyd etdi: “İki ölkə münasibətlərini yaxınlaşdıran hər bir addım dəyərlidir. Buna görə də İİR-sı qonşu ölkələrlə əlaqələrini möhkəmlətmək istəyir”.

Əhməd Əlirza Biygi İranla Naxçıvan MR-sı arasında inşa olunan bu körpünü iki ölkə arasındakı əlaqələrin genişlənməsi əlaməti bildirib dedi: “İki milyard kub metr İran qazının Azətbaycana ötürülməsi və Naxçıvana elektrik enerjisi tranziti bu əlaqələrin əsasılı olmasından xəbər verir”.

O, iqtisadi və sənaye sahələrində ikitərəfli planların icrasına təkid etdi və təklif edərək dedi: “Culfa-Naxçıvan körpüsü “İmam Əii (ə)” adını daşısın”.

Biygi, İran əkinçilərinin Naxçıvan MR-ı əkinçilərinə əkinə yararlı sahələrində kömək etməyə hazır olduqlarını bildirib dedi: “Əməkdaşlığın artması iki ölkə münasibətlərinin dərinləşməsinə səbəb olur”.

Şərqi Azərbaycan vilayətinin ostandarı davam edib dedi: “Orta Şərqdə xalqın oyanışı məntəqədə yeni hakimiyyətin təşkil olması ilə nəticələnəcək

  

  • Yazılıb
  • da (də) 2011 Jun 26