Qarabağın Mülki Aviasiya İdarəsi Türkiyədən Xankəndi aeroportu üçün avadanlıq alındığını təsdiq etdi
well/Aran agentliyi
Qarabağın Mülki Aviasiya İdarəsi Türkiyədən Xankəndi aeroportu üçün avadanlıq alındığını təsdiq etdi.
Arannewsin Ermənistanın “news.am”-a istindına əsasən, Türkiyənin Xankəndi aeroportu üçün avadanlıq satması barədə yayılan xəbərlər həqiqətdir.
Dağlıq Qarabağın qondarma Mülki Aviasiya İdarəsinin rəisi Dmitri Adbaşyan ötən gün “news.am” açıqlamasında Türkiyənin “Dəmirçi Makina” şirkətindən Xankəndi aeroportu üçün avadanlıq alındığını bildirib. D. Adbaşyan deyib ki, “Dəmirçi Makina” şirkətindən aeroportu hasara almaq üçün metal tor toxuyan dəzgah alıblar. Müxtəlif şirkətlər tərəfindən avadanlıqların təklif olunduğunu deyən Adbaşyan aviasiya qurumunun rəhbəri “Dəmirçi Makina”nın təklifinin daha səmərəli olduğunu vurğulayıb.
D. Adbaşyan müxbirinin: “Aeroport üçün Türkiyə avadanlığı almağınız Ermənistan, Qarabağ, Türkiyə və Azərbaycanın mənfi münasibətlərinə səbəb olmayacaqmı?”- sualına, belə cavab verib: “Bu ticarət əlaqəsidir və mən burada siyasi zəminə görmürəm”.
Türkiyə yüksək rütbəli rəsmisinin, “bunun daxili siyasi mənfəətlərə zərbə olacağı” istiqamətində verdiyi bəyanatına isə Adbaşyan məsuliyyəti Türkiyə XİN rəsmilərinin üstünə ataraq cavab verib: “Bu Türkiyə Xarici işlər nazirliyində narahatlıq yaradırsa bunu şirkətləri ilə öz aralarında açıqlığa qovuşdursunlar. Bunun bizə bir aidiyyatı yoxdur”.
Qeyd edək ki, Türkiyə XİN-nin yüksək rütbəli rəsmilərindən biri Azərbaycanın “Zerkalo” qəzetinə müsahibəsində Türkiyəli şirkətin Xankəndi aeroportu üçün avadanlıq satmasından bərk narahat olduğunu bildirib.
Türkiyəni, Qarabağ münaqişəsi barədə mövqeyini həmişə qonşu dövlətlərdə örnək kimi tanıtdıran Azərbaycan mediyası belə xəbərlər qarşısında susmağa üstünlük verirlər.