g/Aran agentliyi
İran Parlamentinin spikeri Azərbaycana gələcək
FaktXeber.com-un İran mediasına istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Ali Şura Məclisnin sədri cənab Əli Laricanı, azərbaycanlı həmkarı Oktay Əsədovun dəvəti ilə iyunun 30-da Bakıya rəsmi səfər edəcək. Səfər çərçivəsində o, bir sıra rəsmilər, parlamentin sədri Oktay Əsədov və həmiçinin prezident İlham Əliyev görüşəcək və ikitərəfli əlaqələrin genişlənməsi sahəsində müzakirələr aparacaq.