Tarix : 2011 Jun 27
Kod 23665

ERMƏNİLƏR DAŞI ƏTƏKLƏRİNDƏN TÖKÜRLƏR

Onlar Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hətta ABŞ məhkəməsində də sübut ediblər
well/Aran agentliyi

Faktxeber.com saytının «AzərTAc»a istinadən verdiyi məlumata görə, erməni Samvel Andriasyan ABŞ məhkəməsində sübut edib ki, Qarabağ Ermənistanın deyil, Azərbaycanın bir hissəsidir. Belə ki, o, ABŞ-da müvəqqəti pasport almaq istyib. Lakin İNS immiqrasiya xidməti iddiasına rədd cavabı verəndə o yuxarıdakı fikri sübut eləyir.

Hadiəsinin təfərrüatı isə belə olur. Andriasyanın ailəsi Bakını tərk edərək Ermənistana köçəndə orada onları yaxşı  qarşılamırlar. Məxsusi ləhcə ilə danışdıqlarına görə, təzə qonşuları onları ələ salır, “Azərbaycanın casusu” adlandırır, hətta arvadına təcavüz etmək istəyirlər. O, Yerevanda qaçqın statusu almaq üçün Ermənistanın hakimiyyət orqanlarına müraciət edir, lakin “Get Qarabağa, orada o biri azərbaycanlılarla birlikdə yaşa” cavabını alır. Bütün bunlara dözməyən erməni bir neçə ildən sonra ABŞ-a köçüür və Amerika hökumətinə müraciət edərək ona qaçqın kimi sığınacaq verilməsini xahiş edir. Lakin bu xahişinə də rədd cavabı alır. Əsas kimi də onu göstərirlər ki, əvvələn, iddiaçı ABŞ-a gəlməzdən əvvəl uzun müddət Ermənistanda yaşayıb. İkincisi, Ermənistan hökuməti onun “Ermənistan ərazisində” məskunlaşmasına rədd cavabı verməmiş və ona müvafiq təklif etmişdir.

Andriasyan İNS xidmətinin ona qrinkart verilməsindən imtina edilməsi barədə qərarından apellyasiya şikayəti verərək məhkəmədə təkidlə sübut etməyə başlayır (və nəticə etibarilə sübut edir) ki, Ermənistan hökumətinin ona “get Qarabağa, orada o biri azərbaycanlılarla birlikdə yaşa” təklifi əslində ona Ermənistan ərazisində məskunlaşmaq imkanı verilməsi deyil, elə gəldiyi ölkəyə - Azərbaycana qayıtmaq barədə təklifdir.

Andriasyanın Ermənistan hökumətindən aldığı təklifin mənası iddiaçı (Andriasyan) və cavabdeh (ABŞ immiqrasiya xidməti - İNS) arasında şifahi məhkəmə debatlarının gedişində müzakirə mövzusu olur. Bu debatlar zamanı İNS xidməti iddia edir ki, Qarabağ Ermənistanın hüdudları daxilindədir və buna görə də Ermənistan hökumətinin Andriasyana ünvanlanmış Qarabağa getmək təklifi onun həmin dövlətin ərazisində məskunlaşması barədə təklif idi. Buna görə də Andriasyanın ABŞ-da qaçqın statusu almaq barədə iddiası rədd edilməlidir. İddiaçı isə inadla təkid etmişdir ki, Qarabağ Azərbaycan ərazisidir. Nəticədə İNS iddiaçının bu inadkarlığı ilə razılaşmağa və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmuşdur.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 27