Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Tehranda terrorizmə qarşı qlobal mübarizə iclasında çıxış edib
well/Aran agentliyi
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Tehranda terrorizmə qarşı qlobal mübarizə iclasında çıxış edib.
İRNA-nın məlumatına əsasən, Eldar Mahmudov ikili yanaşmanı terrorizm fenomeninin yaranmasında mühüm amil sayaraq bəzi dövlətlərin terrorizm məsələsində ikili standartlara son qoymalarını istəyib.
Mahmudov bildirib ki, dünyanın yaxın-uzaq yerlərində baş verən acı hadisələr və terror hücumlarının dalğaları Azərbaycan Respublikasını da təhdid edir.
Ölkəsinin anti-terror mübarizəsinə xüsusi önəm verdiyini xatırladan azəri nazir sonra bildirib: Azərbaycan Respublikası terrorun bütün növlərinə və ifratçılığa qarşıdır. Bu istiqamətdə rəsmi Bakı dünyada sülh və təhlükəsizliyin bərqərarı uğrunda addımlayır.
Eldar Mahmudov sonra Azərbaycan Respublikasının terrorizmi insani dəyərlər üçün böyük afət adlandıraraq bu ölkənin terrora qarşı mübarizədə regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu vurğulayıb.