Tarix : 2011 Jun 27
Kod 23668

İran və Azərbaycan Respublikası su şənliyi keçirir

İranla Azərbaycan Respublikasının Araz suyundan birgə istifadələrinin 40 illiyi bu il payızda Araz Su Bəndində keçiriləcək
well/Aran agentliyi

İranla Azərbaycan Respublikasının Araz suyundan birgə istifadələrinin 40 illiyi bu il payızda Araz Su Bəndində keçiriləcək.

İran İslam Respublikasının Energetika Nazirliyinin müştərək su ehtiyatları və sərhəd çaylarından istifadə üzrə baş müdiri Cabbar Vətənfəda deyib ki, bu haqda qərar iyunun 21-24-də Bakıda keçirilən görüşdə İranın təklifi əsasında qəbul edilib.

Vətənfəda deyib ki, Araz və Mil-Muğan su bəndlərində yığılan sudan əkin sahələrini suvarmaq üçün yeni metodlar üzərində işlənilir.

Onun sözlərinə görə, Araz su bəndinin ehtiyatlarından istifadəyə dair saziş 40 il əvvəl İranla SSRİ arasında imzalandı və hazırda İran tərəfi müqavilənin şərtlərini yerinə yetirir.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 27