Tarix : 2011 Jun 27
Kod 23670

Bakıda kütləvi dava: 4 nəfər bıçaqlanıb

Davada daş və biçaqdan istifadə edilib
well/Aran agentliyi

Bakıda 4 nəfərin yaralanması ilə sona çatan kütləvi dava olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dava Səbail rayonu ərazisində baş verib.

Şəhər sakini Samir Həsənov münaqişə zəminində həmyerliləri Kamil Mahmudova və Nazim Əliyevə bıçaqla xəsarət yetirib. Bu zaman K.Mahmudov daşla S.Həsənova baş nahiyəsindən, N.Əliyev isə bıçaqla hadisə yerinə gəlmiş S.Həsənovun qardaşı Elvinə çənə nahiyəsindən xəsərət yetirib.

K.Mahmudov, N.Əliyev və S.Həsənov xəstəxanaya yerləşdirilib. E.Həsənova tibbi yardım göstərildikdən sonra buraxılıb, K.Mahmudovun və N.Əliyevin vəziyyətləri qənaətbəxş, S.Həsənovun vəziyyəti isə ağırdır.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 27