well/Aran agentliyi
HaqqYolu - “Dini Etiqad və Vicdan Azadlığı Müdafiəsi Mərkəzinin (DEVAMM) imzatoplama aksiyasının nəticə verəcəyinə inanıram. Geciksə də mərkəzin bu təşəbbüsünü dəstəkləyirəm və inanıram, nəticə verəcək”. Bu sözləri ilahiyyatçı, Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan SalamNews-a açıqlamasında bildirib.
Hacı Namiq Babxanın deyib ki, ölkədə olmadığından hicab problemi ilə bağlı məlumatları KİV vasitəsi ilə alıb: “Gedən prosesləri və baş verən hadisələri izləmişəm. Zaman-zaman mətbuatda bu mövzu ilə bağlı problemin mərhələli, dinc və hüquqi müstəvidə həll olunmasını yeganə çıxış yolu kimi görmüşəm. DEVAMM-ın imzatoplama aksiyasını və prezidentə müraciətini dəstəkləyirəm. Məncə problem başlanan andan bu istiqamətdə addımlar atmaq lazım idi".
Xatırladaq ki, DEVAMM hicab probleminin köklü həlli üçün “Azərbaycan Respublikasının prezidentinə “yüzminlik müraciət” kampaniyasına start verib və imza toplanılır. Prezidentə müraciəti dünyagörüşündən, siyasi mənsubiyyətindən, etiqadından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin imzalaması və bununla kampaniyada iştirakı nəzərdə tutulub.