Tarix : 2011 Jun 27
Kod 23673

Albaniya Azərbaycanlılar üçün vizanı ləvğ edib

Albaniya Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistandan 90 gün müddətinə səfər edən vətəndaşlar üçün viza tələb etməyəcək
well/Aran agentliyi

Albaniya Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistandan 90 gün müddətinə səfər edən vətəndaşlar üçün viza tələb etməyəcək. Albaniya yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yeni qayda bir il müddətində qüvvədə qalacaq

Qeyd edək ki, vizanın ləvğ edilməsi barədə Albaniya hökumətinin qərarı ölkənin miqrasiya qanunlarında gələcək liberallaşma islahatlarının həyata keçirilməsinə xidmət edir.

Qeyd edək ki, bu vaxta qədər şərqi balkan ölkəsi 1 iyundan 31 oktyabr tarixi istisna olmaqla, bir il müddətində viza tələb edirdi.

ans

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 27