Tarix : 2011 Jun 27
Kod 23675

GOOGLEDƏN QƏZZA İŞĞALINA DƏSTƏK

İsrailin Qəzzada apardığı qanunsuz hərbi əməliyyatları izləmək mümkün olmayacaq
well/Aran agentliyi

Faktxeber.com-un verdiyi məlumata görə, bütün dünyanın peyk görüntülərini yayımlayana Google Earth şirkəti İsrail və işğal etdiyi torpaqlara aid olan görüntüləri təqdim etməyib. 

2005-ci ildən etibarən istifadəyə verilən bu proqramdan müxtəlif sahələrdə istifadə olunur. Xüsusilə mart ayında Yaponiyada baş verən sunami nəticəsində bütün lentə alınan əsas kadrlar bu proqram vasitəsilə çəkilib. 

Bütün dünyanın peyk görüntüləri olan yeni proqramda yalnız İsrail və onun işğal etdiyi ərazilərin görüntüləri yoxdur.

Buna səbəb 1997-ci ildə ABŞ Konqresində İsraillə bağlı peyk görüntülərinin yayılmasını qadağan edən qanun olub. Qanuna uyğun olaraq, Google şirkəti İsrailin görüntülərini yeni proqramda yayımlamayıb

Digər tərəfdən, yer almayan görüntülərlə bərabər Fələstinin Qəzza zolağınındakı görüntüləri də yer almayıb. Məhz buna görə də, İsrailin Qəzzada apardığı qanunsuz hərbi əməliyyatları izləmək mümkün olmur.

Qeyd edək ki, Türkiyənin 2013-cü ildə yayımlayacağı “Gök Türk” peykindən yayımlanacaq görüntülər arasında İsrailin də olacağı bildirilir. İsrail rejimi isə məsələ ilə bağlı artıq öz etirazını bildirməyə başlayıb.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 27