Azərbaycan Respublikası Cümə icmasının sədri hicab azadlığı ilə bağlı imza toplama kampaniyasının necə həyata keçiriləcəyini şərh edib
well/Aran agentliyi
Azərbaycan Respublikası Cümə icmasının sədri hicab azadlığı ilə bağlı imza toplama kampaniyasının necə həyata keçiriləcəyini şərh edib.
Hicab saytının məlumatına görə, Hacı İlqar İbrahimoğlu Birlik saytına müsahibəsində vurğulayıb : "İlkin olaraq onu deyə bilərəm ki, imzatoplama internet vasitəsi ilə deyil, real olaraq insanlarla təmaslar əsasında həyata keçiriləcəkdir."
Kampaniya ilə bağlı tədbirlərin barəsində Hacı İlqar İbrahimoğlu əlavə edib : " Geniş açıqlamalar olacaqdır. Buna, artıq, neçə gündür çox ciddi hazırlıq gedir. İlkin olaraq onu söyləyim ki, bu məsələdə ölkənin bir çox dəyərli insanlarının xeyir- duası da alınıb. İstər inanclı dairələrdə istər, ictimai vətəndaş cəmiyyəti dairələrində. Yəni belə demək olarsa, bu spontan bir məsələ deyil. Bu məsələ çox ciddi şəkildə ölçülüb-biçilib, sonra da həyata keçirilməsinə "Bismillah" edilmiş bir addımdır. Sadəcə olaraq bunun anonsu ona görə verildi ki, yəni ictimai rəydə buna zehni hazırlıq olsun. İnşallah şaban ayının 1-dən kampaniyaya başlamaq fikirimiz var."
Müraciətiniz prezidentdən savayı daha hansı qrumlara, hansı beynəlxalq təşkilatlara olunacaq? Saualının cavabinda Hacı İlqar İbrahimoğlu deyib : " Bu indiyə qədər olan məsələlərdən tam fərqli bir prosesdir.Bu yüz min Azərbaycan vətəndaşının imzasının toplanması və yalnız ölkə başçısına edilən müraciətdir. Biz bu nəticəyə gəlib çatmışıq ki, hicab probleminin həlli ölkənin birinci şəxsinə aid olan bir məsələdir. Anonsumuzda qeyd etdiyimiz kimi, 7 aydan artıqdır ki, orta məktəblərdə hicab qadağası tətbiq edilir. Sirr deyil ki, bu qadağa yüzminlərlə inanclı insanı mənəvi iztiraba məruz qoyan bir səciyyə daşıyır. Bununla yanaşı, qadağa cəmiyyətdaxili vəhdətə mənfi təsir göstərir, ölkənin inkişafı üçün zəruri olan daxili bağlantıların zəifləməsinə gətirib çıxarır.� Ölkənin gələcəyinin inkişafına öz töhfəsini vermək, Uca yaradan qarşısında vəzifəsini icra etmək, cəmiyyətdaxili vəhdətin gücləndirilməsinə, dövtlətçiliyin möhkəmləndirilməsinə töhfə vermək niyyəti ilə DEVAMM qanunvericiliyə istinad edərək "Azərbaycan Respublikasının prezidentinə yüzminlik müraciət" kampaniyasını bəyan edir. Bu kampaniya bölüşdürücü deyil. Yəni əksinə, vətəndaş və dövlət arasında yaranmış bu süni maneəni aradan götürməyə yönəlib. Bu problemin qalması heç kəsə xeyir gətirməz. Bu nə inanclının xeyrinədir, nə dövlətimizin xeyrinədir. Niyyətimiz odur ki, xoşməramlı təşəbbüslə dini etiqadla bağlı yaşanan problemərin birdəfəlik çözülməsinə nail olaq. Əslində, biz hesab edirik ki, olduğumuz bu mübarək rəcəb ayının tofiqatıdır. Mənəvi imkanların geniş olduğu bir dönəmdir. Şaban ayı da, ondan sonra gələn mərhəmət ayı hesab edilən Ramazan ayı da geniş mənəvi imkanlar yaradır ki, insanların ruhiyələri yenilənsin, təzələnsin."