Tarix : 2011 Jun 28
Kod 23685

Atası ilə mübahisə etdi, özünü yandırdı

Bakı sakini özünü yandırıb
well/Aran agentliyi

Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Müşfiq Allahverdiyev atası Kərim Allahverdiyevlə aralarında yaranmış mübahisə zəminində həyətində üstünə benzin tökərək özünü yandırıb. Yanıq xəsarəti almış M. Allahverdiyev xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2011 Jun 28