well/Aran agentliyi
Bakı şəhərindəki polis məntəqəsində yanğın başlayıb.
Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə bu gün saat 15.45 radələrində Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində qeydə alınıb. Sahə müvəkkilləri üçün nəzərdə tutulmuş polis məntəqəsində baş verən yanğına qısa qapanma səbəbə olub. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Lent.az