Qarabağ, bir gün ilahi maarifin yüksəlişi üçün bütün çətinliklərə sinə gərən Azərbaycanın müsəlman gənclərinin əli ilə azad olacaqdır
well/Aran agentliyi
Qarabağ, bir gün ilahi maarifin yüksəlişi üçün bütün çətinliklərə sinə gərən Azərbaycanın müsəlman gənclərinin əli ilə azad olacaqdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, digər azəri rəsmilərlə birlikdə çox-çox qabaqcadan Qarabağ münaqişəsinin həllinə dair Kazanda keçiriləcək üçtərəfli müzakirələr üçün media təbliği etmişdilər. Bu müzakirələr heç bir nəticə vermədikdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həsr edilmiş təntənəli parad mərasimində hərbi xərcləri artıracağına Ermənistanla münaqişəli əraziləri yenidən azad edəcəyinə söz verdi. Prezident dedi: “Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib”.
“Arannews”in araşdırmalarına əsasən, İlham Əliyevin paraddakı çıxışı onun ölkədəki əməlli ilə uyğun gəlmir. Azərbaycan Prezidenti işğal olunmuş ərazilərin geri alınması üçün hərbi büdcənin artmasından elə bir şəraitdə danışır ki, bütün hərbi ekspertlər hərbi büdcəni müharibədə qələbənin səbəblərindən yalnız biri hesab edir və qələbə üçün orduda əsgərlərin şücaətini artırmağın daha əhəmiyyətli olduğunu bildirirlər.
Aydındır ki, bir ölkənin əsgər və döyüşçülərinin şücaət əhval-ruhiyyəsini artırmaq həmin ölkənin mədəniyyət və məzhəbi kimi səbəblərinə bağlıdır. Sözsüz ki, dünyanın ikinci şiə ölkəsi olan Azərbaycanda gənclər arasında cihad əhval-ruhiyyəsini, dini inancları dərinləşdirmək əsgərlərin şücaətinin güclənməsi üçün ən mühüm vasitələrdən hesab olur. Lakin, təəssüflər olsun ki, bu mövzunu həyata keçirməməkdən əlavə, dövlətin bütün siyasətləri bunun əksinə köklənir və icra olur. Əhalisinin 95% müsəlman olan ölkənin hərbi hissələrində namaz qılmaq cinayət hesab olur və əsgərlər arasında dini simvollardan istifadə qadağandır.
Prezidentin sözü ilə desək, “müharibə şəraitidə yaşayan” müsəlman bir ölkədə işğal altında olan torpaqlarının azad olması üçün dindar gənclərin şəhidlik ruhiyyəsindən istifadə olunmamaqdan əlavə, onları müxtəlif bəhanələrlə ömürlərini zindanlarda keçirməyə məcbur edirlər. İyirmi ildir ki, torpaqlarının 20%-i düşmən işğalı altında olan müsəlman bir ölkədə işğal olmuş ərazilərin azad olması üçün müəyyən bir siyasət aparılmamış, üstəlik öz siyasətini məscidi sökmək və hicabı qadağan etmək kimi anti-dini yönümdə kökləmişdir.
Aydındır ki, belə bir şəraitdə Qarabağın və digər işğal olmuş ərazilərin, bütün gücünü qərbin və Rusiyanın razılığını qazanmağa sərf etmiş bir dövlətin əli ilə azad olmasına ümidlər azalır. Əlbəttə, Azərbaycanda baş verən son hadisələr, Qarabağın bir gün ilahi maarifin yüksəlişi üçün bütün çətinliklərə sinə gərən Azərbaycanın müsəlman gənclərinin əli ilə azad olacağı ümidini yaradır.