Tarix : 2011 Jun 28
Kod 23700

Qafqaz Müsəlmanları İdarəsi İsrail şirkəti ilə əməkdaşlığa dair xəbərlərə münasibət açıqlayıb

“Bu, Qafqaz Müsəlmanları İdarəsinə qarşı qarayaxma kampaniyasında növbəti absurd, ağ yalandır”
well/Aran agentliyi

 

 “Bu, Qafqaz Müsəlmanları İdarəsinə qarşı qarayaxma kampaniyasında növbəti absurd, ağ yalandır”.

Bunu APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova mətbuatda QMİ-nin İsrail şirkəti ilə əməkdaşlığı barədə yazılan xəbərlərə münasibət bildirərkən bildirib.

“Birmənalı şəkildə bəyan edirik ki, QMİ-nin adı çəkilən şirkət və şəxslə heç bir kontaktı olmayıb. Belə bir cəfəngiyyatın dövriyyəyə buraxılması idarə və onun rəhbərliyini nüfuzdan salmaq üçün atılmış məqsədyönlü, qərəzli addımdır. Müsəlmanların Qüdsdəki müqəddəs məkanlara ziyarət səfərləri yalnız Qüds Fələstinin paytaxtı elan olunandan sonra, inşallah, gündəmə gələ bilər” - deyə, R. Dadaşova bildirib.

Qeyd edək ki, QMİ-nin İsrail şirkətləri ilə əməkdaşlığı xəbərini “Yeni Müsavat” qəzeti yayıb.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 28