Tarix : 2011 Jun 28
Kod 23711

Türkiyə parlamentinə seçilən ilk hicablı deputatın haqlı sualları

“Milli iradəyə hörmət” istəyən çevrələrə ən heyrətamiz cavab Mərvə Kavakçıdan gəldi
well/Aran agentliyi

“Milli iradəyə hörmət” istəyən çevrələrə ən heyrətamiz cavab Mərvə Kavakçıdan gəldi

Türkiyədə 12 iyun parlament seçkilərində namizədlikləri irəli sürülən və daha sonra millət vəkili seçilən KCK və Ergenekon məhbusları üçün hallandırılan “milli iradə”nin Mərvə Kavakçı dönəmində heç kimin ağlına gəlmədiyi ortaya çıxıb, - "dunyabulteni" yazır. Sadəcə başındakı örtüsünə görə TBMM-ə buraxılmayan Mərvə Kavakçının millət iradəsilə seçildiyi, lakin mandatının əlindən alındğı və millət vəkili maaşı almadığı aşkara çıxıb. Halbu ki, dövlətə və hökumətə qarşı işlədiyi cinayətlərdə ittiham olunanların deputat seçildikləri gündən etibarən maaşlarını normal millət vəkilləri kimi almağa başlayacaqlar.

“Yeni Akit” qəzetinin xəbərinə görə, KCK ve Ergenekon məhbuslarının təxliyyə edilməməsinə görə “millî iradəyə hörmət” istəyən çevrələrə ən heyrətamiz cavabı Mərvə Kavakçı verir. Bununla bağlı millət vəkili seçilmiş, lakin baş ötürüsünə görə vəzifəsinin həyata keçirilməsinin qarşısı alınan xanım Kavakçı bildirmişdir: “Məni də millət seçmişdi. Amma 12 ildir bütün sosial haqlarımdan məhrumam... Mənə edilən bu pis muamilə heç kimə edilmədi!”

“Mənim yaşadıqlarımı Türkiyə Cümhuriyyəti tarixi boyunca heç bir millət vəkili yaşamamışdır”, - deyən Mərvə Kavakçı açıqlamalarının davamında deyir: “Parlament albomunda tərcüməyi-halım nəşr edildi, amma fotoşəklim dərc edilmədi... Maaş, təqaüd, mənzil, ezamiyyət endirimləri və VIP-dən geçmə kimi heç bir sosial haqqımdan da yararlandırılmadım”.

Həmin dövrün parlamentinin baş katibi Orxan Dülgerin təlimatı ilə Kavakçıya maaş ödənməməsini, Dülger bundan spiker Yıldırım Akbulutun xəbərinin olmadığını, xətanın inzibati cəhətdən qaynaqlandığını bildirmişdi.

Həmin dövrdə Türkiyənin baş naziri olmuş Bülənt Ecevitin “Bu xanıma həddini bildirin” sayıqlaması ilə hədəf göstərməsi nəticəsində andiçməsinə imkan verilməyən xanım Kavakçı ötən 12 illik müddətdə heç bir sosial haqdan istifadə etmədiyi halda, and içmədikləri halda maaş alan bir çox deputata rast gəlmək mümkündür. Onlardan bəzilərinin adları belədir: “1) Beyhan Cenkçi: 2) Cevdet Menteş: 3) Ferit Melen: 4) Ümit Haluk Bayülken: 5) Mehmet Semih Sancar.

Doğurdan da bu gün Türkiyə özünə sual verməlidir ki, necə olur xalqın seçdiyi hicablı bir xanımı parlamentdən qeyri etiq qaydalarla uzaqlaşdıraraq bütün hüquqları əlindən alınır, hörmətsizliklər edilir. Hansı ki, Türkiyə məhkəmələri tərəfindən ona cinayətkar olduğu üçün hökm öxunmayıb, sadəcə onun cinayəti başındakı hicabı göstərilir.

Amma, bu gün bütün dünyanın maraqla izlədiyi, Türkiyə tarixində bərabəri olmayan sensasiyalı bir məhkəmələrin əsas aktyorlarından olan cinayətkarlar həbsxanada ola-ola deputat kimi, hüquqları tanınacaq.

Xatırladaq ki, Türkiyədə 1999-cu il parlament seçkilərində Mərvə Kavakçı Fəzilət Partiyasından İstanbul millət vəkili seçilmişdi. Ancak “28 Şubat” postmodern çevrilişinin rəhbərliyindəki siyasətçilərin hiyləsi ilə M.Kavakçının deputat kimi and içməsinin qarşısı alınmışdı.

/news/Deyerler

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 28