Tarix : 2011 Jun 28
Kod 23713

ABŞ: Kazan görüşünün nəticələri məyusedicidir

ABŞ Dövlət Departamentinin iyunun 27-də təşkil etdiyi gündəlik brifinqdə Azərbaycan və Ermənistan dövlət başçılarının ...
well/Aran agentliyi

ABŞ Dövlət Departamentinin iyunun 27-də təşkil etdiyi gündəlik brifinqdə Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiyanın Kazan şəhərində keçirdikləri görüş olub. Brifinqdə görüşün nəticələrindən məyusluq ifadə olunub.

AzərTAc-ın məlumatına görə, görüşün nəticələrinə münasibət açıqlayan Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland jurnalistlərə deyib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri üzrə razılıq əldə edə bilməyiblər, Bu isə məyusedicidir".

İyunun 24-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Rusiya prezidenti Dmitri Medvedyevin görüşü olub. Kazanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan baza (Madrid) prinsipləri müzakirə edilib. Görüşdə hər hansı sənəd imzalanmayıb.

Kazanda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayıblar. Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrləri - "Dağlıq Qarabağ probleminin həllini daim diqqətdə saxlamasına" görə təşəkkür ediblər. beləliklə Kazan sovqatı həmsədrlə çatıb. Ona görə, Kazan görüşündən sonra Rusiya prezidentinin mükafatı uğrunda keçirilən yarışa Bakidan at aparılsa da, Azərbaycan prezidenti İlham Əliyev bu tədbirə qatılmayıb.

Kazangörüşü nəticəsiz qaldığı üçün rəsmi Bakı İlə rəsmi İrəvan arasında söz müharibəsi alovlanıb.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Kazan görüşündə heç bir sənədin imzalanmamasını Azərbaycanın beynəlxalq vasitəçilərin təklif etdiyi baza prinsiplərinə 10-a yaxın dəyişiklik təklif etməsi ilə bağlayıb: "Bu amil Kazan görüşünün həlledici olmaması ilə nəticələnib".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Kazan görüşündə prinsipial məsələlər üzrə kompromis əldə olunmamasından təəssüfləndiyini bildirib: "Səbəb isə odur ki, Ermənistan tərəfi Azərbaycandan maksimum güzəştlər tələb etməklə yeddi il əvvəl başlanmış danışıqlar prosesinin mahiyyətinə xələl gətirməyə çalışır".

Kazangörüşündən bir gün əvvəl - iyunun 23-də Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib, Helsinki prinsiplərini xatırlatmışdır.

Azərbaycan Respublikasında müşahidəçilər bu qənaətdədirlər ki , Qarabağ böhranının uzanmasına bais olan amillərdən biri Minsk Qrupunun siyasətləridir. ABŞ , Rusiya və Fransa separatçı rejimin maraqlarını müdafiə edir və həmin məsələ Qarabağ münaqişəsinin ədalətli həllini əngəlləyir.

Qarabağ Azadlıq Təşkilatı bəyanat yayaraq bildirib ki , Kazan görüşünün nəticəsiz sona çatması bir daha həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını nümayiş etdirib: "Minsk Qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 28