well/Aran agentliyi
HaqqYolu - Rəsmi Tiflis artıq dünya dövlətlərinə müraciət edib
Gürcüstan dövləti öz rəsmi adının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır. ANS PRESS-in “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, rəsmi Tiflis əksər ölkələrə müraciət edib ki, rəsmi ad kimi "Corciya" istifadə edilsin. Bunu bu gün jurnalistlərə ölkənin xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.
Məlum olub ki, artıq bu təşəbbüsə Koreya səs verib. Seul artıq adın dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
Kalandadze qeyd edib ki, bu, Gürcüstan üçün çox mühüm məsələdir. Onun sözlərinə görə, müəyyən ölkələr dövlətin adını o səbəbdən dəyişdirə bilmir ki, bu, texniki və maliyyə problemləri ilə əlaqədardır.