İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilib
well/Aran agentliyi
İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilib.
APA-nın xəbərinə görə, şuranın Qazaxıstanın paytaxtı Astanada keçirilən 38-ci sessiyasında qəbul olunan qərara əsasən təşkilat bundan sonra İslam Əməkdaşlıq Təşkilatı adlanacaq.
Xatırladaq ki, İslam Konfransı Təşkilatı 1969-cu il sentyabrın 25-də müsəlman ölkələri rəhbərlərinin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında yaradılıb.
Hazırda qurum 1,2 milyard əhalisi olan 57 ölkəni öz sıralarında birləşdirir.
Qurumun mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.