Hacı Tale Bağırovun hicabı müdafiə çıxışından Youtube-də yayılan video görüntüləri...
well/Aran agentliyi
Hacı Tale Bağırov: "Mübarizəsiz Allah əhkamı difa olunmaz. Fədakarlıq istiyir. Görürsünüz ki, bir xalq, hətta müsəlman belə deyil, azadlığı uğrunda minlərlə qurban verir. Bir qanun ki, Allahın qanunudur, o Allah ki, yeri göyü xəlq edib, bütün qüdrət onun əlindədir, onu sözün tapdaq altına salsalar, mən otursan sən otursan, bizim möminliyimiz sual altına gedir.
Sual oluna bilər ki, Allahın qüdrəti var, Allah mələkləri göndərər, o nazir ki hicabın əleyhinə danışır, onun başına daş sala bilər. Amma Allah səni, məni imtahan eliyir. Allah bu dünyanı imtahan üçün qərar verib. Bu denya rahatcılıq üçün deyil. Peyğəmbərlər bizə söz vermiyiblər ki, bu dünyada əbədi və rahat yaşayacaqsınız. Bu dünyanın adına imatan deyərlər. Həqiqi yaşayış axirətdədir. Allah bu dünyaya bizi bəndə olmaq üçün göndərib. Bu gün Allah bizə eliyə bilər kömək eləsin. Amma onda bilinməyəcək kimlər Hüseynçidir, kimlər yezidçi".