Bəyanatda islamçıların ölkə prezidenti ilə görüşməsinə kimin mane olmasından və dindarlara təzyiqlərin çıxış yollarından danışılır
well/Aran agentliyi
Bir aydan artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan İslam Partiyasının ölkə prezidenti İlham Əliyevlə görüşmək istəyinə rəsmi dairələrdən heç bir cavab gəlməyib. Son zamanlar ölkədə dindarlara qarşı davam edən təzyiqlərlə bağlı ölkə rəhbərini şəxsən məlumatlandırmaq istəyən islamçıların bu istəyinin qarşısının bilərəkdən alındığı barədə fikirlər səslənməkdədir. AİP mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, məsələnin aktuallığını nəzərə alan Azərbaycan İslam Partiyası bu məqsədlə bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan xalqı qədim adət-ənənələrə malikdir. Müsəlman Azərbaycan cəmiyyəti uzun əsrlərdir ki, İslam dininin bəşəri dəyərlərini özünün həyat tərzində, gündəlik məişətində yaşadır, qəlbində Allah xofunu, allah qorxusunu qoruyur. Məhz bu keyfiyyətlərinə görə, xalqımız özünəməxsus tarixə, əraziyə, təkrarsız mənəvi varlığa malikdir.
Dünyanın ayrı-ayrı qütblərində, xüsusilə, son onilliklərdə İslama qarşı atılan addımlar, ABŞ-ın müsəlman ölkələrinə - Fələstin, İraq, Əfqanıstan kimi zəngin tarixi olan dövlətlərə qarşı işğalçılıq siyasəti, o cümlədə, ölkəmizin 20 faiz ərazisinin erməni təcavüzünə məruz qalması hər bir müsəlmanı narahat etməlidir.
Bu gün Azərbaycan İslam dünyasının bir parçası kimi, qlobal problemlərlə üz-üzədir. Ölkəmizin əlverişli geosiyasi məkanda yerləşməsi, zəngin təbii ehtiyatlara malik olması dünyanın maliyyə resurslarına nəzarət edən beynəlxalq sionizmin diqqətindən yayına bilməz. Əlbəttə, ölkəmizə nüfuz etmək, regionda geostrateji nəzarəti ələ keçirmək üçün dəridən-qabıqdan çıxan İsrail və digər Qərb dövlətləri, o cümlədən ABŞ Azərbaycanda ilamofobiya təzahürlərinin yayılmasında milli-mənəvi dəyərlərin aşınması və tədricən aradan getməsində maraqlıdırlar. Onlar xristian təəssübkeşliyi göstərərək, hətta Qarabağ probleminin Ermənistanın maraqları çərçivəsində həll olunmasını istəyir, buna hərtərəfli zəmin yaradırlar.
Azərbaycan İslam Partiyası xalqımızın gücü dövlətə, sağlam mənəviyyatı olan cəmiyyətə malik olması, heç bir təzyiqə və təcavüzə məruz qalmaması üçün bütün qüvvəsini sərf edir. Hiyləgər düşmənin perspektiv planlarını dərk edərək, onun maskasını yırtmağa çalışan islamçılar mövcud şəraiti düzgün qiymətləndirmək məqsədilə dövlət başçısı ilə görüşə və müzakirələrə qərar verdilər.
Biz ölkə prezidentinə məktubla müraciət etdik, bununla bağlı Prezident Aparatına dəvət aldıq. Və oradakı məsulla görüşün səbəbləri və müzakirələri və detalları barədə fikirlərimizi bir daha açıqladıq. İlk baxışdan hər şey razılıqla dinlənildi və dövlət başçısı ilə görüş zərurəti bir daha təsdiq olundu.
Bildirməliyəm ki, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatların qeyri-obyektiv mövqeyi, erməni təcavüzünə dünya birliyinin göz yumması və Azərbaycan rəhbərliyinə güzəştli şərtlərə imza atmaq təklifi artıq hamımıza bəllidir. Bu məsələnin – istər beynəlxalq təşkilatlara ədalətli mövqe tutmaqdan ötrü təzyiqi, istərsə də problemin başqa vasitələrlə həlli Azərbaycan cəmiyyətinin davranışından, sərt tələblərlə çıxışından çox asılıdır. Həm də Vətən yolunda canından keçə bilən çoxsaylı vətəndaşlarının varlığını düşmənə açıb göstərmək lazımdır.
Digər məsələ, daxili ziddiyyət və xalq-hakimiyyət etmiadsızlığını yaradan və bu etimadsızlığı daha dərin düşmənçiliyə uçuruma çevirən halların təzahürüdür. İslamofobiya, günahsız insanların təqib olunmasının, həbsinin getdikcə kütləvi hal alması cəmiyyətə artıq sirr deyil. Vətəndaşların böhtan və şərlə ləkənərək cəmiyyətdən təcrid olunmaları ziddiyyətlərin daha uzun illərə ötürülməsi, süni hicab probleminin ortaya atılaraq mömin ailələrin övladlarının təhsil ocaqlarının zorla qovulmaları, onların savadsız qalmaları isə hakimiyyətə nifrətin bir neçə nəsil tərəfindən unudulmayacağı şəksizdir.
Bu və sadalanmadığımız kimi taleyüklü məsələlərin həlli ölkənin ümumi, daxili və xarici siyasəti ilə sıx bağlı olduğunu dərk etdiyimiz üçün həllinin də yalnız dövlət başçısısnın siyasi iradəsindən asılı olduğunu bilirik.
Azərbaycan dövlətçiliyinin marağı, xalqın gələcək taleyinə biganəliyin qurbanı ola bilməz. Təəssüfedici bir məqamla üz-üzəyik. “Desəm öldürərlər, deməsəm, ölləm” deyimi yada düşür. Bəs görəsən onları nə maraqlandırır? Xalqın dərd-sərini onun bir kəsimi ilə müzakirə etmək, araşdırmaq, çıxış yollarını birgə müəyyənləşdirmək yaxşıdır, yoxsa özgə qapılarında boynu bükük şəkildə kimdənsə rəhm, ədalət diləmək?
Bir deyimi də yada salmaq yerinə düşər: “Elinə arxalanan igid basılmaz”, mən deyərdim, belə sərkərdəni basqıya məruz qoymağa heç kəs cürət də etməz.
Mən bu gün bir daha əmin olduğumu bəyan etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi xalqın istək və arzularına, qarşılaşdığı çətinlikləri, dövlətin və dövlətçiliyin qlobal problemlərini ya həll etmək istəmir, ya onu həll etmək üçün kifayət qədər siyasi iradəyə malik deyil.
Başqa bir maneçiliyi isə dövlət başçısına onun əhatəsindəki insanların qeyri-səmimi münasibətlərində görürəm.
Üçünçü səbəbi sizin də araşdırmağınıza ehtiyac vardır.
Elçin Manafov
Azərbaycan İslam Partiyasının sədri”