Azərbaycan Respublikası DİN-dən verilən məlumata əsasən, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Rusiyaya sığınmışdır və müxtəlif ittihamlarla Bakı dövləti tərəfindən axtarışdadır
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Ayaz Niyazi oğlu Mütəllibov Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Respublikasının ilk prezidenti hesab olur. O, kommunistlərin hakimiyyəti zamanı Azərbaycanda yerli sənaye naziri, Dövlət Plan Komitəsinin sədri və Nazirlər Sovetinin sədri kimi yüksək vəzifələr tutmuşdur. Azərbaycan Respublikasının müstəqilliyindən sonra 1991-ci ildə prezidentliyə tək namizəd olmuş və həmin ilin 8 sentyabrında ümumi seçkilrdə Azərbaycanın prezidenti seçildi. Xocalı soyqırımı da onun hakimiyyəti dövründə baş verdi. Bu faciədən sonra Ayaz Mütəllibov 1992-ci il martın 6-da istefasını Ali Sovetdin verməyə məcbur oldu. Mütəllibovun istefası qəbul edildikdən sonra 1992-ci ilin iyununda yenidən prezidentliyə seçkilər keçirildi və keçmiş siyasi məhbus Əbülfəz Elçibəy Qafqazın ən böyük ölkəsinə prezident seçildi.
Xocalı hadisələrindən sonra Ayaz Mütəllibov müxtəlif partiyalar, xüsusilə də Xalq Cəbhəsi partiyası tərəfindən ağır təzyiqlərə məruz qaldı.
1992 ilin aprelində Mütəllibov çex jurnalisti Dana Mazalovaya müsahibə verdi və bu müsahibə “Nezavisimaya qazeta” qəzetində dərc olundu. O öz müsahibəsində Xocalı hadisələrini Xalq Cəbhəsinin hakimiyyətə gəlmələri üçün əl atdığı çox yaxşı planlaşdırılmış provokasiya olduğunu açıqladı və dedi: “Xilas olunmuş Xocalı sakinləri demişkən hər şey mənim istefa üçün təşkil edilibmiş. Prezidenti hörmətdən salmaq üçün bir güc fəaliyyət göstərirdi. Düşünmürəm, ki bu cür vəziyyətlərdə çox dəqiq və ağıllı hərəkət edən ermənilər onların faşist fəaliyyəti ifşa edən sənədləri azərbaycanlıların əldə etməsinə imkan verə bilərdi. Fərz etmək olar, ki kim isə bütün ittihamları mənim adıma bağlamaq üçün bu kadrları Ali Sovetin sessiyasında göstərməyə mənfəətdar imiş. Əgər mən desəm, ki bu Azərbaycan müxalifətinin (həmin dövrdə əsas müxalif partiyası sayılan Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsi) günahıdır, böhtan atmağımı deyəcəklər. Amma ümumən demək olar, ki insanların gedə biləcək koridoru ermənilər tərəfindən hər halda açılmışdı. Bəs ermənilər nə məqsədilə atəş açmalı idi? Xüsusən ki ,o vaxt Ağdam ətrafında adamlara yardım etmək üçün kifayət qədər qüvvətlər var idi. Ya da dinc sakinlərin getmə haqqında razılığa gəlmək olardı. Bu cür praktika hər zaman var imiş”.
Hal-hazırda Azərbaycan Respublikası DİN-dən verilən məlumata əsasən, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Rusiyaya sığınmışdır və müxtəlif ittihamlarla Bakı dövləti tərəfindən axtarışdadır. Ona qarşı sürülən ittihamlardan biri də onun Qarabağı azad etmək istəyən könüllü xalq dəstələrinə təqribən 2000 avtomat silahları verməsidir.
Qeyd etmək yerinə düşər ki, bir müddət öncə Ərdəbilin imam cüməsi mərhum Hacı Əlikrəm Əliyevin anım mərasimində Azərbaycanla bağlı indiyə qədər toxunulmamış mövzuları açıqladı. O öz bəyanının bir hissəsində belə dedi: “Ürəyimizi qana döndərən bu qırğını, biz azərilərə namus ləkəsi gətirən bir müsibəti ermənilər törətdi və buna heç bir şübhə yoxdur. Amma kimin himayəsi və hiyləsi ilə?! Ruslarınmı? Məlum məsələdir ki, Xocalı qırğınından bir neçə gün sonra Ayaz Mütəllibov devrildi.Mütəllibov rusların himayəsində deyildimi, onlar öz adamlarını devirib qərbpərəst Elçibəyimi gətirmək istəyirdilər?! Gün kimi aydındır ki, belə deyil. Çevriliş rusların himayə etdiyi hakimiyyətə qarşı idi. Amma onların təbirincə Qarabağ cəbhəsindən İranın əlini kəsmək üçün hazırlanmış, günahsız insanların qanı üzərində qurulmuş bir məkrli plan idi”.