Tarix : 2011 Jun 30
Kod 23736

Sabah tələbələr etiraz aksiyası keçirəcək

Universitetlərdə qiymət artımına etiraz edək!” devizi altında keçiriləcək aksiyanın təşkilatçıları heç bir siyasi təşkilatı təmsil etmədiklərini vurğulayıb
well/Aran agentliyi

Universitetlərdə qiymət artımına etiraz edək!” devizi altında keçiriləcək aksiyanın təşkilatçıları heç bir siyasi təşkilatı təmsil etmədiklərini vurğulayıb.

Bir qrup gənc sabah - iyulun 1-də Fəvvarələr bağında təhsil haqlarının artırılmasına etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırır. Müstəqil gənclər bu məlumatı Facebook sosial şəbəkəsində yayıb.

Məlum olduğu kimi, Nazirlər Kabineti (NK) bir müddət əvvəl ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı qərar verdi. Bu qiymət artımı artıq ölkədə ciddi narazılığa səbəb olmağa başlayıb. Nəhayət, baş verənlərə açıq şəkildə, yəni aksiya formasında etiraz etmək istəyənlər tapıldı. Artıq bir qrup gənc aksiya keçirəcəklərini bəyan edib. Bildirilir ki, iyulun 1-də saat 18:00-21:00 aralığında Fəvvarələr bağında etiraz aksiyası keçiriləcək. “Universitetlərdə qiymət artımına etiraz edək!” devizi altında keçiriləcək aksiyanın təşkilatçıları heç bir siyasi təşkilatı təmsil etmədiklərini vurğulayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmamış aksiyaların qarşısı alınacaq: “Paytaxtda keçirilən tədbirlər üçün şəhərin icra hakimiyyətinə qanuna müvafiq formada müraciət etməlidirlər. Onlara icazə veriləcəyi təqdirdə bu tipli kütləvi aksiya və tədbirlər keçirə bilərlər. Aksiyalar BŞİH-lə razılaşdırılmadıqda bu aksiyalar qanunsuz sayılır. Buna görə də belə qanunsuz aksiyalar ərazinin polis orqanları tərəfindən aksiyanın qarşısı alınır və asayişin pozulmasına imkan verilmir. Bu, birmənalıdır”.

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 30