Tarix : 2011 Jun 30
Kod 23738

AİP mitinq keçirmək üçün müraciət edib

Azərbaycan Respublikası İslam Partiyasının sədri Elçin Manafov yenidən Bakı şəhərində mitinq keçirmək üçün paytaxt meriyasına müraciət edib
well/Aran agentliyi

 

Azərbaycan Respublikası İslam Partiyasının sədri Elçin Manafov yenidən Bakı şəhərində mitinq keçirmək üçün paytaxt meriyasına müraciət edib.

Elçin Manafov iyulun 5-də Bakının "Ulduz" metro stansiyası yaxınlığında, yaxud "Təbriz" kinoteatrının qarşısında aksiya keçirilməsinə icazə istəyib.

Elçin Manafov qeyd edib : "Bu, üçüncü müraciətdir: Birinci dəfə partiya adından müraciət etmişdik və bizə cavabları belə oldu ki, Azərbaycan İslam Partiyası rəsmi qeydiyyata alınmayan qurum olduğuna görə icazə verilə bilməz. İkinci dəfə öz adımdan müraciət etdim. Müraciətdə 10 min nəfərin iştirak edəcəyini bildrimişdik. Bizə cavabları belə oldu ki, şəxsi müraciət üçün bu qədər rəqəm çoxdur. Üçüncü müraciətimiz də şəxsidir və bu dəfə 2 min nəfərin aksiyada iştirak edəcəyini bildirmişik".

Partiya sədri qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabında Bibiheybətdəki stadionu mitinq keçirmək üçün müvafiq bilərsə, İslam Partiyası orada aksiya keçirməyə razıdırlar.

Manafov vurğulayıb : "Əsas odur ki, biz öz sözümüzü deyək və bu mitinq icazəli olsun ki, kimsə ziyan çəkməsin".

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 30