Tarix : 2011 Jul 01
Kod 23752

''S-300'' Azərbaycan üçün üstünlük sayılmır

Ermənistanın müdafiə nazirinin 1-ci müavini Davit Tunuyan ''Azadlıq'' radiosu ilə müsahibədə deyib
well/Aran agentliyi

Ermənistanın müdafiə nazirinin 1-ci müavini Davit Tunuyan "Azadlıq" radiosu ilə müsahibədə deyib: Azərbaycan Respublikasının ixtiyarında olan raket hücumlarına qarşı "S-300" zenit-raket qurğuları Ermənistan ilə Azərbaycan arasındakı hərbi tarazlığa heç bir təsir göstərməyəcək və Azərbaycan Respublikası üçün üstünlük gətirməyəcək.

Davit Tunuyan Qarabağda müharibə odunun yenidən alovlanacağı ehtimalı haqda deyib: Tərəflər arasında müharibənin baş verəcəyi təqdirdə mən belə təsəvvür edirəm ki, Azərbaycan Respublikası öz ərazilərində hərbi əməliyyatlar həyata keçirməyə məcbur olacaq. Belə olacağı təqdirdə "S-300" zenit-raket qurğularının Azərbaycan üçün faydalı olacağına o qədər də inanmaq olmaz.

Azərbaycan Respublikasının Rusiyadan 300 milyon dollara aldığı "S-300" zenit-raket qurğuları bazar günü Bakıda keçirilən hərbi paradda nümayiş etdirildi.

D.Tunuyan həmçinin deyib: Mən belə hesab edirəm ki, "S-300" zenit-raket qurğularının 300 milyon dollar məbləğinə Azərbaycana satılması Rusiya üçün sərfəli bir mübadilə olub. Və həqiqətdə bu məsələ Azərbaycan üçün daha çox siyasi cəhətlərə malikdir.

O, sözlərinin davamında "S-300" zenit-raket qurğusunun Ermənistan və Qarabağ üçün təhdid hesab olunmadığına işarə edərək, bu sistemin əsasən müdafiə xarakterli olduğunu deyib.

"Nə Ermənistan, nə də Qarabağ Azərbaycan Respublikasına qarşı təcavüz proqramına malik deyillər" deyən Tunuyan Azərbaycan Respublikasının özünü müdafiə xarakterli sistemlərlə təmin etməsini maraqlı hal adlandırıb.

Ermənistanın müdafiə nazirinin birinci müavini bu sistemin əldə edilməsi və bununla bir vaxtda onunla bağlı siyasi təbliğatların aparılmasından aydın olur ki, qonşumuz öz diqqətini hücum xarakterli sistemlərə yox, müdafiə xarakterli sistemlərə yönəldib ki, bu da düşündürücü haldır.

"Ermənistan da oxşar sistemlərə malikdir ki, mövcud şəraitə uyğundurlar və hazırda tam hazır vəziyyətdədirlər. Azərbaycanın əksinə olaraq, bizim sistemlərimiz bütün əməliyyat sahələrini əhatə edirlər. Habelə, say və keyfiyyət baxımından Azərbaycan Respublikasında mövcud olan sistemlərdən daha üstündürlər. Nəticə etibarı ilə, "S-300" kimi müdafiə sistemlərinin olması həqiqətdə davamlı olaraq hücumdan söz açan Azərbaycan üçün nigarançılıq mənbəyi olmalıdır." Deyə Tunuyan qeyd edib.

Tunuyan Azərbaycan Respublikasının silahlanması müqabilində Ermənistanın öz ordusunu təchiz etmək üzrə nə kimi addımlar atmasına gəlincə isə deyib: Ermənistan ölkənin qarşısında duran problemləri aradan qaldırmaq üçün davamlı olaraq öz silahlı qüvvələrini şəraitə uyğun olaraq möhkəmləndirmək istiqamətində addım atır. Belə ki, biz düşmənin hərəkətlərinə qarşılıq vermək deyil, sistematik və daha dərin bir baxış ilə hərəkət edirik.

Ermənistan özünü müdafiə strategiyasına yenidən baxılması prosesini başa çatdırıb və bu strategiyaya uyğun olaraq öz silahlı qüvvələrini təkmilləşdirmək ardıncadır. Bu strategiya məntiqli müdafiə və modern müharibələrin idarə olunması üzərində qurulub.

Ermənistanın müdafiə nazirinin 1-ci müavini həmçinin Azərbaycan Respublikası rəsmilərinin Qarabağ münaqişəsinin hərbi yolla həlli haqdakı çıxışlarına reaksiya olaraq deyib: Mən belə hesab edirəm ki, bu kimi fikirlər daha çox siyasi xarakter daşıyır. Çünki, qonşumuz bizim həqiqi gücümüzdən agahdır. Hər halda Azərbaycan Respublikası hərbi əməliyyatlara üz tutarsa, bu ölkənin hərbi və ya strateji baxımdan müvəffəqiyyət əldə etməsi ehtimalı sıfıra bərabərdir. Yeni müharibə yalnız yeni insan tələfatı və yeni xəsarətlərə səbəb olacaq

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 01