Tarix : 2011 Jul 01
Kod 23754

Hacı Mövsümün məhkəmə prosesinə sədrlik edəcək hakim müəyyənləşib

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib
well/Aran agentliyi

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə və Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin cinayət işi üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim müəyyənləşib. Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən APA-ya verilən məlumata görə, cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı isə hələ müəyyənləşdirilməyib.

Xatırladaq ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunublar.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 01