Tarix : 2011 Jul 01
Kod 23755

Hicab məhbusuna qəzet vermirlər

İlahiyyatçı Taleh Bağırovun mətbuatla təmin olmaq problemi həllini tapmayıb
well/Aran agentliyi

İlahiyyatçı Taleh Bağırovun mətbuatla təmin olmaq problemi həllini tapmayıb.

Təhsil Nazirliyinin qarşısında keçirilən 6 may aksiyasına görə həbs olunan ilahiyyatçı Taleh Bağırovun mətbuatla təmin olmaq problemi həllini tapmayıb. Vəkil İntiqam Hacıyev “Media forum” saytına açıqlamasında bildirib ki, problemin həll olunacağına Ombudsman Aparatının əməkdaşları söz vermişdilər.

Vəkil ötən həftə Ombudsman Aparatının əməkdaşlarının Bakı İstintaq Təcridxanasında Taleh Bağırovla görüşdüklərini xatırladıb: “Ondan saxlanma şəraitində probleminin olub-olmadığını soruşublar. O, belə çətinliyinin olmadığını deyib. Sadəcə, müstəqil mətbuatın ona çatdırılmasında problemin olduğunu deyib. Aparat əməkdaşları təklif ediblər ki, Taleh oxumaq istədiyi yalnız bir qəzetin adını desin. O da “Yeni Müsavat” qəzetinin adını çəkib. Ombudsman Aparatının əməkdaşları deyiblər ki, məsləhət olsa, bu qəzetin sənə çatdırılmasında problem olmayacaq. İndiyə qədər Taleh qəzetlə təmin olunmayıb, deməli, məsləhət deyilmiş”.

Mayın 6-da tutularaq 15 sutka inzibati həbs cəzası alan Taleh Bağırov barəsində 2 aylıq həbs qətimkan tədbirini mayın 21-də Xətai Rayon Məhkəməsi seçib. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur.

Media forum

  

  • Yazılıb
  • da (də) 2011 Jul 01