Azərbaycan İslam Partiyasının sədr əvəzi islamçıların ölkə prezidenti ilə görüşmək üzrə istəklərini bəyan etmələrindən təqribən 1 ayın keçməsinə ...
well/Aran agentliyi
Azərbaycan İslam Partiyasının sədr əvəzi islamçıların ölkə prezidenti ilə görüşmək üzrə istəklərini bəyan etmələrindən təqribən 1 ayın keçməsinə və bu görüşün indiyə kimi baş tutmamasına işarə edərək, deyib: Bəzi dairələr islamçılarla ölkə prezidenti arasında görüşün baş tutmasını istəmirlər.
Bakıdakı müxbirimizin yerli mənbələrə istinadla verdiyi məlumata görə, Elçin Manafov deyib: İslamofobiya, hicabofobiya və hicablı qızların təhsildən məhrum edilməsi məsələsi artıq ölkədə adi bir hala çevrilib. Səbəb isə bəzi dövlət rəsmilərinin xalq və hökumət qarşısında duran problemləri həll etmək istəməməkləridir.
E.Manafov bu problemlərin həllinin ölkə prezidentinin iradəsi və əzmkarlığından asılı olduğunu deyərək, vurğulayıb: Bəzi hökumət rəsmiləri problemləri həll etmək istəmirlər və mən bunu prezidentin ətrafında olan şəxslərin qeyri-adi rəftarlarında müşahidə edirəm.
Azərbaycan İslam Partiyasının sədr əvəzi sözlərinin davamında həmçinin bildirib ki, mitinq keçirməklə bağlı icazənin verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 3-cü dəfə müraciət olunub.
E.Manafov meriyanın birinci dəfə İslam Partiyasının rəsmən qeydiyyata alınmadığını, ikinci dəfə isə 10 min nəfərlik etiraz aksiyasının təhlükəsizliyinin təmin edilməsinin çətin olduğunu bəhanə edərək, mitinqin keçirilməsinə icazə vermədiyini bildirib.
Onun dediyinə görə, bu dəfə Ulduz meteostansiyasının yaxınlığında və ya Təbriz kinoteatrının qarşısında 2 min nəfərlik mitinqin keçirilməsi üçü paytaxt meriyasına müraciətin edildiyini bildirib.
İslam Partiyasının müvəqqəti sədri mitinqin yalnız qanun çərçivəsində keçirilməsini istədiklərini və buna görə də Bakı Şəhər İcra Hakimiyyətinin Bibi Heybət yaxınlığında yerləşən stadionu təklif edəcəyi təqdirdə, onunla razılaşacaqlarını qeyd edib.
Qeyd etmək lazımdır ki, Bakı Şəhər İcra Hakimiyyəti qərbyönlü partiyaların mitinq keçirmələri üçün müəyyən məkan təklif etsə də, İslam Partiyası üçün oxşar təklifdən çəkinib.
Bundan öncə İslam Partiyasının rəsmiləri paytaxt meriyasının bəhanələrinin dindarlar və inanclı kəsimin qəzəbinə səbəb olduğunu bəyan edərək, 3-cü dəfə üçün də mitinqin keçirilməsi təklifinə meriya tərəfindən mənfi cavabın veriləcəyi təqdirdə yaşanacaq hadisələrdə İslam Partiyasının məsuliyyət daşımayacağı haqda xəbərdarlıq edib. Belə ki, ölkənin müxtəlif bölgələrindən olan dindar insanlar və inanclı kəsim öz qanuni haqlarını və tələblərini bəyan etmək üçün dinc və qanuni aksiyanın keçirilməsini istəyir.
Azərbaycan İslam Partiyası həmçinin bildirib ki, işğal olunmuş ərazilərin azad edilməsi məsələsi qarşısında hökumətin ciddi addımlar atması, İslama qarşı məhdudiyyətlər və qadağaların o cümlədən hicab qadağasının ləğv olunması və həbsdə olan hicab müdafiəçilərinin sərbəst buraxılması keçiriləcək aksiyanın əsas tələblərini təşkil edir.
Bu arada daxil olan məlumatlara görə, bəzi ictimai saytlarda o cümlədən Facebook-da hicab qadağasına və təhsil haqlarının artırılmasına etiraz olaraq tələbələrin Təhsil Nazirliyinin binası önünsə aksiya keçirməyə hazırlaşmaları ilə bağlı xəbərlərin yayılmasının ardınca çərşənbə günü nazirlik binasının ətrafında təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilib.
Cari ilin əvvəlindən indiyə kimi çoxlu sayda hicab müdafiəçisi və islamçının həbs olunmasına baxmayaraq, Azərbaycan Respublikasında orta məktəblərdə hicabdan istifadəyə qoyulan qadağaya qarşı etirazlar genişlənməkdədir.
Bu narazılıqların davamında mayın 6-da Bakıda Təhsil Nazirliyinin binası qarşısında yüzlərlə nəfərin iştirakı ilə aksiya keçirilmişdi. Polis zorakılığı ilə yanaşı olan bu aksiyada 15 nəfər həbs edilmişdi