İlham Əliyev iyulun 1-də İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
well/Aran agentliyi
AzərTAc-ən məlumatına görə, Azərbaycanla İran arasında bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi sahədə əlaqələrin gücləndiyini vurğulayıb. Azərbaycan prezidenti iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələrin icra edildiyini və gələcəkdə bu istiqamətdə daha da fəal əməkdaşlıq etməyin zəruriliyini bildirib.
Mədəniyyət və humanitar sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu sahədə əməkdaşlığı genişləndirməyin önəmini qeyd edbi. Dövlət başçısı Azərbaycan-İran əlaqələrinin bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün də mühüm əhəmiyyət daşıdığını dedi.
Əli Laricani İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın salamlarını çatdırıb. Sonuncu dəfə Azərbaycana 14 il bundan əvvəl səfər etdiyini deyən Əli Laricani ötən dövr ərzində ölkədə çox böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb.
İran İslam Şurası Məclisinin sədri İranla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.
İlham Əliyev Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.