İranın İslam Şurası Məclisini sədri Qarabağ məsələsinin müzakirə yolu ilə həll edilməsini istəyib
well/Aran agentliyi
İranın İslam Şurası Məclisini sədri Qarabağ məsələsinin müzakirə yolu ilə həll edilməsini istəyib.
İslam Şurası Məclisinin Xəbər Agentliyinin verdiyi məlumata əsasən İranın İslam Şurası Məclisinin sədri Əli Laricani cümə günü Bakıda Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ilə görüşdə deyib:" Qarabağ məsələsi danışıqla həll edilə bilər".
Laricani həmçinin Rəsmi Tehranın Qarabağ məsələsi haqdakı mövqeyi haqda da deyib:" İran İslam Respublikası daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə edir".
İranın İslam Şurası Məclisinin sədri həmçinin Tehran və Bakı arasındakı əlaqələrin dərin və tarixi olduğunu da bildirib.
" İran İslam Respublikası və Azərbaycan Respublikasının milli mənafeyi region problemlərinin zorakı qüdrətlərin iştirakı olmadan həll edilməsini zəruri edir" -deyə Əli Laricani qeyd edib.
Bu görüşdə Azərbaycan Respublikasının baş naziri də ölkəsinin ən mühüm məsələsinin Qarabağ münaqişəsi olduğunu və neçə illik müzakirələrdən sonra Qarabağ məsələsinin həll edilmədiyini qeyd edib.
Artur Rasizadə həmçinin İran İslam Respublikasının Qarabağ münaqişəsi haqdakı mövqeyini yüksək dəyərləndirərək, deyib:" Rəsmi Bakı daim Rəsmi Tehranın Qarabağ mövzusu haqdakı himayələrinə görə minnətdardır".