Tarix : 2011 Jul 02
Kod 23765

“İslam İnqilabının Böyük Rəhbəri İranı inkişaf istiqamətində qərar veriblər”- İlham Əliyev

İslam İnqilabının Böyük Rəhbəri dünyanın hazırkı təlatümlü vəziyyətində İranı yaxşı formada idarə edib, İranı inkişaf istiqamətində qərar veriblər
well/Aran agentliyi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib:" İslam İnqilabının Böyük Rəhbəri dünyanın hazırkı təlatümlü vəziyyətində İranı yaxşı formada idarə edib, İranı inkişaf istiqamətində qərar veriblər".

Azərbaycan Respublikasının prezidenti İranın İslam Şurası Məclisinin sədri ilə görüşdə İranın bütün sahələrdəki geniş inkişaflarından şad olduğunu bildirib.

Bakıdakı müxbirimizin verdiyi məlumata əsasən Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu gün cümə günü İranın İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdə İslam İnqilabının Böyük Rəhbərinə və İran İslam Respublikası prezidentinə səmimi salamlarını söyləməsini xahiş edərək, belə vurğulayıb:" Dünyanın təlatümlü vəziyyətinə rəğmən İranın məsul şəxsləri xüsusilə İslam İnqilabının Böyük Rəhbərinin müdrikliyi və bəsirəti ilə İran inkişaf yollarını arxada qoymaqdadır və Rəsmi Bakı bu mövzudan şaddır və sevinc hissi keçirir".

İlham Əliyev iki ölkə arasındakı əlaqələrin qardaşcasına və çox səmimi olduğunu bildirərək, deyib:" Bakı-Tehran əlaqələri siyasi və iqtisadi baxımdan yaxşıdır, amma iqtisadi baxımdan bu əlaqələr daha da gücləndirilməli və parlamentlər səviyyəsində də genişləndirilməlidir".

İlham Əliyev üçtərəfli Azərbaycan Respublikası, İran və Türkiyə koalisiyasına işarə edərək, bu koalisiyanın davam etdirilməsinə təkid edərək, deyib:" İki ölkənin məsul şəxslərinin gediş-gəlişləri əlaqələrin möhkəmlənməsinə və yanlış düşüncələrin aradan qaldırılmasına səbəb olur".

Bu görüşdə Əli Laricani də İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin qardaşcasına və dərin dini və tarixi köklərə malik olmasını bildirərək, iki ölkənin əlaqələri xüsusilə iqtisadi nöqteyi-nəzərdən genişlənməsini vurğulayıb.

Əli Laricani sonra deyib:" İranın İslam Şurası Məclisi iki ölkə əlaqələrinin genişləndirilməsində maraqlıdır və iki ölkə parlamentlərinin əlaqələri də bütün sahələrdə İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin dərinləşdirilməsi istiqamətində təsirli yardımçı ola bilələr".

İranın İslam Şurası Məclisinin sədri yüksək səviyyəli parlament heyətinə sədrlik edərək, özünün azərbaycanlı həmkarı Oqtay Əsədovun rəsmi dəvəti ilə cümə axşamı günündən Azərbaycan Respublikasında səfərdədir.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 02