Tarix : 2011 Jul 02
Kod 23766

Hərbiçilərə namaz qılmaq qadağandır?

Azərbaycan ordusunda namaz qılınmasının qadağan edilməsi haqqında məlumatlar yayılıb
well/Aran agentliyi

Azərbaycan ordusunda namaz qılınmasının qadağan edilməsi haqqında məlumatlar yayılıb.

Qeyri-rəsmi mənbələrdən "MilAz" İnformasiya Agentliyinə daxil olan məlumatlara görə, hərbi hissələrdə əsgər və zabitlərə dini ibadətlərini yerinə yetirməyə maneçilik törədilir.

Elə bu mənbələrin verdiyi məlumata görə namaz qılan əsgər və zabitlər rəhbərlik tərəfindən incidilir, onlar xüsusi nəzarətə götürülür, onlara əlavə tapşırıqlar (naryadlar) verilir, zabitlər hətta tutduqları vəzifələrdən aşağı vəzifələrə keçirilir, cəza məqsədilə xidmətlərini davam etdirmək üçün döyüş bölgəsində yerləşən hərbi hissələrə göndərilirlər.

SalamNews-a Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev bildirib ki, Azərbycan ordusunun əsgər və zabitlərinə namaz qılmaq qadağan olunmayıb. Və dini qaydalara riayət etmək hər bir şəxsin hüququdur və bu hüquqlar qanunvericilik çərçivəsində qorunur.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 02