İİR hər növ müzakirələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müsbət qarşılayır və regionun şəraitinə görə müzakirə ilə məsələnin həllini vurğulayır
well/Aran agentliyi
İİR hər növ müzakirələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müsbət qarşılayır və regionun şəraitinə görə müzakirə ilə məsələnin həllini vurğulayır. İran ümumilikdə super güclərin regiondakı rəftarlarına nikbin baxmır. Onlar münaqişənin həlli yolları ardınca olmaq əvəzinə öz mənafelərinin həlli ardıncadırlar. Amerikalıların bir çox məsələlərdə məsələnin həlli əvəzinə onu dolaşıq ediblər. Uzun illərdir deyirlər ki, Fələstin məsələsini həll edirik. Gördüyünüz kimi hansı rüsvayçılığı yaradıblar. Buna son misal Barak Obamanın gülünc sözləridir. Buna görə biz regional həll yollarını təsirli hesab edirik. Əlbəttə dost və qardaş Azərbaycan istəyərsə, İran bu sahədə kömək edəcək ."Bu sözləri İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycan Respublikasına səfərdə Bakıda mətbuat konfransında müxbirlərin suallarını cavablandırarkən deyib.
Əli Laricaninin mətbuat konfransında etdiyi çıxışının tam mətnini və müxbirlərin sualı SƏHƏR kanalının internet səhifəsi təqdim edir:
"Bu səfər dost, dini bir və dili bir ölkə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin dəvəti əsasında həyata keçdi və bir çox uğurlu müzakirələr aparıldı. Bizim siyasi, iqtisadi və mədəni sahələrdə əla və uzunmüddətli münasibətlərimiz var. Və əlaqələrimiz taktiki və müvəqqəti deyil, əksinə dərin tarixi köklərə bağlıdır. İki ölkənin parlament əməkdaşlıqları sahəsində də müzakirələrimiz oldu. Biz təcrübələrdən istifadə edə bilərik. İki ölkə parlamentləri İslam Parlamentləri və Asiya Parlamentləri Birliklərinə üzvdürlər. Belə dairələrdə yaxın əməkdaşlığa malik ola bilərik. Belə önəmli hadisələrdə Asiya və İslam ölkələri səviyyəsində toplantılar təşkil olunub. Biz Azərbaycanın bu dairələrdə fəaliyyətini müsbət qarşılayırıq. Müzakirələrin digər hissəsi nisbətən uzun olan ikitərəfli iqtisadi məsələlərə aid idi. İki tərəfin münasibətlərin genişlənməsinə baxışı müsbət idi. Müzakirənin digər hissəsi səfərlə və önəmli beynəlxalq siyasətlə əlaqədar idi. Regionun önəmli hadisələri region ölkələrinin geniş məsləhətləşmələrini tələb edir. Belə ki, sionist İsrail rejimi yaşıllıq məntəqəsi bəhanəsi ilə Beytül-Müqəddəsin divarının dağıtmağa çalışır. Hazırda irəli sürülüb ki, islam ölkələri bu məsələyə reaksiya versinlər. Əlbəttə regionda digər məsələlərdə də var ki, siz bunları xəbərlərdə izləyirsiniz."
Kazanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqların məğlubiyyətə uğramasına görə İranın münaqişə barədə hərəkətə keçməsinin güclənməsi ehtimalı ilə bağlı APA İnformasiya Agentliyi jurnalistinin sualını cavablandıran Əli Laricani deyib: "İİR hər növ müzakirələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müsbət qarşılayır və regionun şəraitinə görə müzakirə ilə məsələnin həllini vurğulayır. İran ümumilikdə super güclərin regiondakı rəftarlarına nikbin baxmır. Onlar münaqişənin həlli yolları ardınca olmaq əvəzinə öz mənafelərinin həlli ardıncadırlar. Amerikalıların bir çox məsələlərdə məsələnin həlli əvəzinə onu dolaşıq ediblər. Uzun illərdir deyirlər ki, Fələstin məsələsini həll edirik. Gördüyünüz kimi hansı rüsvayçılığı yaradıblar. Buna son misal Barak Obamanın gülünc sözləridir. Buna görə biz regional həll yollarını təsirli hesab edirik. Əlbəttə dost və qardaş Azərbaycan istəyərsə, İran bu sahədə kömək edəcək."
Trend İnformasiya Agentliyinin sualı: ABŞ rəsmilərinin sanksiya olunması layihəsi parlamentdə irəli sürülüb. Avropalılara da aid olurmu?
"İran amerikalıları region problemlərinin anası hesab edir. Bu bir simvolik hərəkətdir. Amerikalılar bu üsulu nə qədər davam etdirərlərsə, bir o qədər də nifrət qazanacaqlar. Buna görə bəzi dostlarımız parlamentdə belə layihəni irəli sürüblər."-Əli Laricani deyib.
Beynəlxalq Səhər kanalının sualı: "Xəzər dənizi sahilyanı ölkələrin parlament assambleyasının təsis olunmasını necə dəyərləndirirsiniz?"
Ə.Laricani: "Müsbət layihədir. Xəzəryanı ölkələr bir çox ortaqlıqlara malik olduqlarına görə, habelə Xəzər dənizinin çoxlu potensiala malik olduğuna görə, istifadə olunarsa, bu dənizin hüquqi statusunun həllinə kömək edəcək və eyni zamanda regional layihələrə kömək edə bilər və biz onu müsbət qarşılayırıq."
Bir jurnalistin sualı: "İran İslam Konfransı Təşkilatı və beynəlxalq qurumlarda həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu siyasət praktiki olaraq təcavüzkar ölkə qarşısında özünü göstərir?"
Laricani: "Həmişə ölkələrin bir-birləri ilə problemləri olub. Regionumuzda bəzi ölkələr ərazi problemləri və ədavət problemlərinə malikdirlər. Biz diqqət yetirməliyik ki, bu problemləri hansı formada həll edək. Dostlarımız öncələr geniş beynəlxalq çərçivədə olan Minsk qrupunun üsulunu seçdilər. Elə buna görə də bu iş üçün bizdən bir şey istəmədilər. Biz Minsk qrupuna üzv deyilik. Lakin öz islami vəzifəmizə görə hər yerdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü elan etmişik."
İran Tələbələri İnformasiya Agentliyi İSNA: "İranın atom silahına malik olmasına dair ABŞ və müttəfiqlərinin səyləri son zamanlar artıb və onların məqsədi nədir?"
"Bəlkə də amerikalıların region hadisələrində, yəni Tunis, Misir və Bəhreyndəki kimi regionun bəzi ölkələrində başlanan hərəkatlarda geridə qalmalarına görədir. Region ölkələrindəki hadisə saatının əqrəbi ABŞ-ın hərəkətlərindən daha sürətli hərəkət edir. Xüsusilə də ABŞ-ın təzadlı rəftarları onların əlacsız qaldıqlarını göstərir. Misal üçün demokratiya iddiaçısı olan ABŞ-ın Misir və Liviyadakı hərəkətini Bəhreyndəki hərəkəti ilə müqayisə etsəniz, Bəhreynə qoşun yeritmək üçün yaşıl işıq yandırdıqlarını görərsiniz."-deyə Laricani bildirib.
Laricani həmçinin vurğulayıb: "Amerikalılar müəyyən qədər ictimai hərəkətləri idarə etməyə çalışdılar, lakin bacara bilmədilər. buna görə çox əsəbidirlər. Onlar İranın öz sülhməramlı fəaliyyətlərini dayandırması ardınca idilər. İran bunun qarşısında müqavimət göstərdi. Amerikanın hegemoniyası sona çatıb. Nüvə enerjisindən sülhməramlı istifadə üçün bəzi ölkələrin xüsusi standartları nəzərə alınmamalı və dünyada vahid hüquqi sistem olmalıdır. Əgər İran nüvə, Livan və Əfqanıstan məsələləri barəsində ABŞ-ın rəftarları qarşısında müqavimət göstərməsəydi, dünya hazırda bir qlobal diktatura ilə üzləşmişdi."
First-News: "Siz hər gün qan tökülən Suriyanın adını qeyd etmədiniz. Siz bir böyük ölkənin nümayəndəsi kimi buna göz yuma bilərsiniz?"
"Əlbəttə mən bütün ölkələrin adlarını çəkmədim. Bu hərəkət digər ölkələrdə də var. Önəmli məsələ budur ki, amerikalılar Suriyada məsələ yaratmaq ardıncadır. Sionist rejim və başqa bir-iki ölkə belə məqsəd ardıncadır. Biz ABŞ-ın şeytan xarakterli hərəkətlərinə göz yummamalıyıq. Amerika sionist rejim və Livan qarşısında Suriyanın mövqeyindən narazıdır. Əlbəttə cənab Bəşşar Əsəd islahat ardıncadır və biz də bu gedişin davam etməsini istəyirik. Biz ümumiyyətlə regionda demokratik hərəkətləri dəstəkləyirik. Yəməndə də əgər islahatlara başlanılarsa, vəziyyət daha yaxşı olacaq."-deyə Laricani deyib.
Televiziya: "Ermənistan Dağlıq Qarabağda dini abidələri dağıdır. İran parlamentinin bu barədə mövqeyi nədir?"
Ə.Laricani: "Önəmli məsələ budur ki, dost Azərbaycan bu məsələnin həlli üçün bir format nəzərdə tutmalıdır. Bu siyasi formatda digərləri məsələnin həlli üçün müəyyən rolu öz öhdələrinə götürə bilərlər. Hazırda masa üzərində olan məsələ Minsk qrupunun formatıdır. Azərbaycanlı dostlar onu bəyəniblər. Buna görə əgər başqa gözləntilər ardınca olarlarsa, formatı dəyişməlidirlər."
Jurnalist: "İran və Azərbaycanın iqtisadi münasibətləri əgər inkişaf edərsə, bu münasibətlər hansı sahələrə şamil olacaq?
Ə.Laricani: "Müzakirələrdə, habelə müştərək komissiyalarda irəli sürülüb ki, bunun bir hissəsi neft və qaz enerjisi və neft-kimya sahəsində olsun. Bəzi hissələrdə digər sənaye sahələrinə aid olur. Eyni zamanda bəzi önəmli layihələr də var ki, regionun şəraitini dəyişdirə bilər. Misal üçün Azərbaycan dəmiryolunun İrana birləşdirilməsi və bu sıra layihələr."
Dəyərlər saytı: "İran bir çox sahələrdə, o cümlədən nano-texnologiya sahəsində inkişaf edib. Sizin digər islam ölkələrinə məsləhətiniz nədir?"
Ə.Laricani: "Böyük ölkələrdə son onillikdə izlənilən önəmli bir məsələ var. Belə ki, ölkələri süni şəkildə qloballaşma və yaxud başqa adlarla hissələrə ayırırlar. Bu teoriyada çalışdılar ki, inkişafı bəzi ölkələrə aid etsinlər. Mənim inkişafda olan region ölkələrinə məsləhətim budur ki, bu layihələrə aldanmasınlar. Onlar iqtisadi müstəmləkəçilik dövründən sonra elmi müstəmləkəçilik ardıncadırlar. Buna görə bu açarı sındırmaq və elmin ardınca getmək lazımdır. Biz də dost ölkələrə yeni texnologiyalar sahəsində kömək etməyə hazırıq.
Jurnalist: Müzakirələrdə regionda regional əməkdaşlıqlar, o cümlədən İran, Azərbaycan və Türkiyə kimi əməkdaşlıqlar vurğulandı və bu növ üçtərəfli müzakirələrin perspektivini necə görürsünüz? Görəsən Xəzər ətrafı bunu tətbiq etmək olar?Bu üçtərəfli müzakirələr yeni başlanıb və öz nəticələrini vermək üçün zaman vermək lazımdır. Biz bu formada olan müzakirələrə müsbət yanaşırıq. Çünki regional əməkdaşlıqlara misaldır. Mövcud potensiallardan istifadə etmək lazımdır. Qətiyyən Xəzəryanı ölkələr barəsində də bir regional sistem nəzərdə tutulmalıdır. Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi çərçivəsində oxşar regional müzakirələr keçirilib və onu aktivləşdirmək lazımdır."
Jurnalist: "Beynəlxalq məhkəmə Hizbullahı Rəfiq Həririnin terrorunda əlinin olmasında ittiham edib. Görəsən bunun Suriya hadisələrinə əlaqəsi varmı?"
Laricani: "Bizim bir müddət öncədən məlumatımız var idi ki, ABŞ-ın xüsusi nümayəndəsi Livanda Miqati hökumətinin bu sadəlikdə formalaşmasına çalışmır. Əslində onlar Livanda vəhdət ardınca deyillər. Livan rəhbərləri xüsusilə də Nəsrulla və Nəbih Berri buna diqqət yetirmədilər və hökuməti təşkil etdilər. ABŞ bu barədə Livan rəhbərlərindən silli aldılar. Buna görə gedib, macəra yaratdılar. Bu məhkəmə ən abırsız məhkəmədir. Heç kim onun siyasi xarakterli hökmünə inanmır. Məlumdur ki, məhkəmənin bütün rəftarları siyasi xarakter daşıyır. Düşünürəm ki, amerikalılar bir növ pərişanlığa düçar olublar. Əslində Livan rəhbərlərinin vəhdət hərəkətindən narahat olduqlarını bildirmək istəyirlər. Yoxsa sionist rejimin Qəzzədə və ondan öncəki bütün bu cinayətlərinə görə bu rejimə qarşı bir dəfə olsun belə, beynəlxalq məhkəmə qurmadılar. Sionist rejim Azadlıq Karvanına qarşı çox ağır cinayətlər törətdi. Nə üçün reaksiya vermədilər? Lakin Livana təzyiqlər göstərmək üçün belə yanlış hərəkətlərə əl atırlar. Livan xalqı bu hərəkətləri anlayır. Bu strategiyalar amerikalıların regiondakı problemini həll etməyəcək."
Assosiated Press: "Siz İranın nüvə müzakirələrinin hazırkı gedişini necə qiymətləndirirsiniz?"
Ə.Laricani: "Biz həmişə müzakirələri müsbət qarşılamışıq. Düşünürəm ki, lakin müzakirəyə üzv bəzi ölkələr yanlış anlayıblar. Nüvə müzakirələrini siyasi şou ilə səhv salıblar. Müzakirə zaman çərçivəsində məqsəd istiqamətində olmalıdır. Gəlib müzakirə aparır, sonra isə öz işlərinin ardınca gedirlər. Müzakirələr zaman çərçivəsi, məntiq və məqsəd əsasında olmalıdır. Amerikalılar müzakirələr pramida kimi baxırlar. Belə olduğu zamana qədər nəticə verməyəcək. Lakin məntiq çərçivəsində 5+1 qrupu məntiqli müzakirələri apararsa, biz onu müsbət qarşılayırıq."
Salam News: "Bəzi beynəlxalq mətbuatda, o cümlədən Ermənistanda belə irəli sürülür ki, Qarabağda sülhü mühafizə qüvvələri yerləşdirilsin və buna görə də İran prezidentinin Ermənistana səfəri təxirə salındı. Siz bunu necə qiymətləndirirsiniz?"
Ə.Laricani: "Ən pis yollardan istifadə olunmamalıdır. Məsələnin həlli üçün daha məntiqli yollar mövcuddur. Əgər iki ölkə anlaşarlarsa, bu ən yaxşı yoldur. Əgər region ölkələrinin köməyi ilə həll olunarsa, yenə yaxşıdır. Biz nə üçün bu yollara nikbin yanaşmırıq? Çünki təəssüflər biz elə bir dövrdə yaşayırıq ki, Amerika beynəlxalq qurumlardan sui-istifadə edir və onların imicinə zərbə vurur. Misal üçün ABŞ-ın siyasi xarakterli vasitəsinə çevrilən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, yaxud insan haqları məsələsi və ya Livanın sabiq baş naziri Rəfiq Həririnin terroru üzrə beynəlxalq məhkəmə. Əcnəbi qüdrətlər məsələlərə daxil olaraq onları daha da kəskinləşdirirlər. Lakin biz buna qarşı deyilik ki, siz cənab Əhmədinejadın səfərinin təxirə düşməsi barəsində müxtəlif təhlillər verirsiniz. Qeyd edim ki, İran prezidentinin səfərinin təxirə düşməsi texniki məsələlərə görə idi."
Jurnalist: "Hal-hazırda Nabucco layihəsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması irəli sürülüb. Azərbaycandan keçən enerji layihələrinə İranın baxışı necədir? Görəsən İranın bu layihələrdə iştirakı mümkündürmü?"
Ə.Laricani:"Əlbəttə avropalılar müxtəlif səbəblərə görə enerji təhlükəsizliyi üçün müxtəlif yollar ardıncadırlar. Enerjiyə malik ölkələr bu məsələdən əla formada istifadə etməli və dahiliklə addım atmalıdırlar. Bu layihə barəsində öncələr İranla bəzi ölkələr tərəfindən müzakirələr olunub və müəyyən qədər də izlənilib. Ümumilikdə mənafeyini nəzərdə tutmaq, professional və xüsusi araşdırmalar aparmaq lazımdır."