well/Aran agentliyi
DEVAMM-ın təşəbbüsü ilə "Vicdan məhbusları ilə bağlı yaranmış vəziyyətdən çıxış yolları" mövzusunda dəyirmi masa keçirilmişdir. Baş tutan dəyirmi masada mövzu ətrafında müzakirələr əməli təkliflərin həyata keçirilməsi və bu müzakirələrin mütəmadi davam etdirilməsi qərarı ilə başa çatmışdır.
Tədbirlə bağlı Nardaran ağsaqqalı Məşhədi Natiq Kərimov Deyerler.org-a açıqlamasında bildirmişdir: “Bismillahir-Rahmanir-Rahim! Bizim hökumət bilməlidir ki, bizim camaat da bu ölkənin vətəndaşlarıdır. Onlara düşmən gözü ilə baxmağın özü - dövlətimizin imicinə böyük zərbə vurur. İnsanlar demokratik yolla öz fikirlərini deməlidirlər. Kiməsə müraciət etməlidirlər, onları narahat edən məsələləri deyə bilməlidirlər. Bunların heç birinə imkan verilmir. Dindarlara adicə bayram mərasimlərini də keçirməyə imkan verilmir. İndi də bu məsələlər qarşıya çıxıb. Mən də bir dindar kimi, bir müsəlman kimi deyirəm ki, bu ittihamların heç biri həbs olunanlara nəinki yaraşmır, heç yaxın da düşmür. Görünən budur ki, cəmiyyətimiz özü bu məsələni həll etməsə, bu çox pis nəticələrə gətirib çıxara bilər. Azərbaycanda İslamla bağlı yaşanan bəzi narahatlıqlar özü Azərbaycan dövlətçiliyinə böyük zərər gətirir. Buna görə də bu məsələlərlə hüquq müdafiəçilərinin bu çalışmalarına görə onlara təşəkkür edirik”.
HaqqYolu