Yaxın gələcəkdə Ermənistanda silah istehsal edəcək 9 rus-erməni şirkəti müştərək müəssisəsi açılacaq
well/Aran agentliyi
Yaxın gələcəkdə Ermənistanda silah istehsal edəcək 9 rus-erməni şirkəti müştərək müəssisəsi açılacaq. Ermənistandan bildirilən rəsmi mövqeyə görə, bununla Ermənistan Azərbaycanla hərbi balansı saxlamaq üçün öz hərbi arsenalını gücləndirməyə nail olmaq istəyir.
Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə "Deyerler.org"a Rusiya kimi ölkədən istənilən addımın gözlənildiyini bildirib: “Rusiya təcavüzkar və cinayət dövlətidir. Məgər Rusiya deyildimi Qarabağa bir milyard dollarlıq silah ötürən? İndi isə özü Fransanı ittiham edir ki, siz Liviyaya atıcı silah vermisiz. Rusiya özü də Ermənistanı silahlandırır, Ermənistanın adıyla Azərbaycanın torpaqlarını işğal edir. Bu, Rusiyanın yeni cinayətidir. Rusiya hər şey edər və ondan nə desəniz, gözləmək olar. Amma Rusiya artıq zəifləyir, gücdən düşür və Rusiyadan pul axını Qərbə keçir. Axırda Rusiya Qərbin nökərinə çevriləcək. Düzdür, artıq Rusiya Qərbin 50% nökərinə çevrilib, amma 100% Qərbin nökəri olacaq”.
Deyerler.org