Azərbaycan Respublikası məktəblərdə hicab qadağasına etiraza görə həbs olunmuş İslam Partiyasının sədri Möhsün Səmədov...
well/Aran agentliyi
Azərbaycan Respublikası məktəblərdə hicab qadağasına etiraza görə həbs olunmuş İslam Partiyasının sədri Möhsün Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə və Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin cinayət işi üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim müəyyənləşib.
Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı isə hələ müəyyənləşdirilməyib.
Xatırladaq ki, ittiham olunan şəxslər yanvarda hicab qadağasına etirazdan sonra inzibati qaydada saxlanılıblar. Sonradan onlar Cinayət Məcəlləsinin ağır maddələri ilə odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq , qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı , partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama kimi maddələr üzrə ittiham olunublar.