well/Aran agentliyi
Mərhum Rüfət Rzayevə Masallı Cümə məscidində qüsl verildi.
İyul ayının 3-ü saat 14:00 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonu ərazisində yerləşən "N" saylı sərhəd zastavasında xidmət edən Azərbaycan ordusunun zabiti 24 yaşlı leytenant Rzayev Rüfət qətlə yetirilmişdir.
Mərhumun meyiti axşam saat 21:00 radələrində müayinədən keçmək üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilmişdir. Ekspertizanın gəldiyi qənaətə görə Rüfət Rzayev odlu silahdan açılan atəşlə qətlə yetirılmışdir. Müayinə olunduqdan sonra zabit Rüfət Rzayevin nəşi Masallı Cümə məscidinə gətirilmiş, oradan da yaşadığı Bakı şəhərinə göndərilmişdir.
Qətlin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Xeber44.com