Azərbaycan xarici işlər naziri: “Milyonlarla müsəlmanlara ağır emosional və psixoloji zərbə vurmuş islamofobiya təəssüf ki, dünyanın bir sıra ölkələrində artmaqdadır”
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
"İslam Əməkdaşlığı Təşkilatı"nın (keçmiş İKT) 38-ci sessiyası ötən həftə Qazaxıstanın paytaxtı Astanada keçirildi. Bu sessiyanın da bütün beynəlxalq sessiyalar kimi haşiyələri var idi və ən mühüm haşiyə iştirakçıların heyrətini doğuran Azərbaycanın xarici işlər nazirinin açıqlaması idi. Xarici işlər naziri öz çıxışı zamanı dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmağın lazım olduğunu bildirib.
O deyib: "Milyonlarla müsəlmanlara ağır emosional və psixoloji zərbə vurmuş islamofobiya təəssüf ki, dünyanın bir sıra ölkələrində artmaqdadır. Yaxın illərdə bəzi ölkələrdə dözülməzliyə, ayrıseçkiliyə və İslama qarşı hücumlarla bağlı ciddi faktların olması sübut edir ki, dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmaq lazımdır".
Nazirin sözlərinə görə, söz azadlığı bəhanəsi ilə dinə qarşı atılan böhtan, ayrıseçkiliyin və dözülməzliyin yeni və müasir formasıdır.
XİN rəhbəri artırıb: “Sivil cəmiyyətlər olaraq, öz azadlığımızı ehtiyatla və beynəlxalq normalarla qəbul olunmuş parametrlər çərçivəsində həyata keçirməliyik. Biz İƏT-nın bütün dinlərə qarşı böhtanın qarşısının alınmasında zəruri beynəlxalq çərçivənin yaradılması imkanlarını axtarmaq cəhdlərini ciddi dəstəkləyirik”.
Azərbaycan Respublikası XİN rəhbərinin müsəlman ölkələrinin xarici işlər nazirləri qarşısında açıqlaması elə bir şəraitdə qeyd olunur ki, ekspertlərin nəzərinə görə Bakı dövləti hal-hazırda İƏT-nın üzvü olan ən mühüm islamofobiya ölkələrindən biridir.
Ekspertlərin təəccübünü doğuran səbəb Bakı dövlətinin dini siyasətdə dedikləri ilə əməli arasında olan aşkar fərqdir. Bu günləri Azərbaycandakı hakimiyyətdə olanların anti-islam siyasəti yürütmələri göz qabağındadır. Hicabın təhsil ocaqlarında qadağan olması, İslam simvollarının dövlət idarələrində yasaqlanması, dini kitablarını satışının qadağan olması, dini fəallara parlament və prezident seçkilərinə qatılmağa icazə verilməməsi, islami telekanalların qadağan olması, dini fəalların həbs olunması Bakı dövlətinin islamofobiya siyasətlərinin yalnız bir hissəsi hesab olur. XİN rəhbərinin sözlərinə görə bütün bunlar Azərbaycanın müsəlman cəmiyyətinə ağır emosional və psixoloji zərbə vurmuşdur.
Xarici işlər nazirinin dediklərinin həqiqət olmaması təkcə bununla məhdudlaşmır. Elmar Məmmədyarov dinlər arasında ayrıseçkiliyin artmasından elə bir şəraitdə gileylənir ki, Azərbaycan dövlətinin azlıqda olan yəhudiləri ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlardan üstün tutması nəticəsində müxtəlif dinlərin ardıcılları arasında kin-küdurət yaranmasına səbəb olmuşdur.
Əlbəttə, İslam ölkələri xarici işlər nazirlərinin Azərbaycan Respublikası XİN rəhbərinin dedikləri qarşısındakı sükutu ekspertlərin təəccübünü daha da artırmış və belə sessiyaların təntənə üçün olduğunu zehinlərdə gücləndirmişdir.