Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıblar
well/Aran agentliyi
Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıblar.
APA-nın Qarabağ bürosunun məlumatına görə, erməni hərbiçiləri işğal altında olan Ağdərə rayonunun 3 nömrəli sovxoz adlanan ərazisində yanğınlar törədiblər. Alovun miqyası genişlənərək qoşunların təmas xətti arasındakı neytral əraziyə yaxınlaşıb.
Hazırda yanğınlar davam edir.