İsrailin müdafiə naziri Ehud Barakın Türkiyənin Qəzzaya gedəcək yeni karvanın qarşısının alınması ilə bağlı müsbət mövqedə olduğuna dair açıqlaması Ankara tərəfindən rədd edilib
well/Aran agentliyi
İsrailin müdafiə naziri Ehud Barakın Türkiyənin Qəzzaya gedəcək yeni karvanın qarşısının alınması ilə bağlı müsbət mövqedə olduğuna dair açıqlaması Ankara tərəfindən rədd edilib.
Bu barədə İslam-Azeri.az İnternet qəzeti TRT-yə istinadən xəbər verir.
Türkiyənin Xarici İşlər Nazirliyi Qəzzaya getməsi planlaşdılan karvanın tamamilə beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət olduğunu, bu səbəbdən Türkiyə hökuməti ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.
Nazirlik sözçüsü Səlcuq Ünal bu karvanın tamamilə vətəndaş təşəbbüsü olduğunu deyib: "Ölkəmizin də daxil olduğu bir qrup ölkənin bu təşəbbüsün qarşısını almağa çalışdığına dair xəbərlər Türkiyənin mövqeyi baxımından həqiqəti əks etdirmir və əsli yoxdur".
Qeyd edək ki, Ehud Barak Yunanıstan və Kıbrıs rum icması ilə birlikdə Türkiyənin də karvanın qarşısının alınması məsələsinə müsbət yanaşdığını açıqlamışdı.