Tarix : 2011 Jul 04
Kod 23836

BMT TŞ-nın 5 üzvü İranın addımını dəstəkləyib

Birləşmiş Millətlər Təşkilatının 5 üzvünün nümayəndələri İranın nüvə
well/Aran agentliyi

fəaliyyətlərinə baxış keçirmək üçün Atom enerjisi üzrə beynəlxalq agentliyin baş direktorunu dəvət etmək üzrə təşəbbüsünü dəstəkləyiblər.

İslam-Azeri.az İnternet qəzetinin İRİB-ə istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik şurasının daimi üzvləri olan Çin , Rusiya və İngiltərə habelə qeyri-daimi üzvləri olan Hindistan və Portuqaliya , İranın nüvə fəaliyyətlərinə baxış keçirmək üçün Yukio Amanonu dəvət etməsini , rəsmi Tehranın xoşməramlılığının nişanəsi adlandıraraq , beynəlxalq ictimaiyyətin İranın bu təşəbbüsünü himayə etməsini istəyiblər .

Belə bir halda Rusiyanın BMT Təhlükəsizlik şurasındakı daimi nümayəndəsi Vitalı Çurkin İRNA müxbiri ilə müsahibədə deyib ki, Amanonun Tehranda olması və onun İranın nüvə təsisatlarına baxış keçirməsi mövcud olan bəzi nigarançılıqların azalmasına yardım edə bilər.

İranın Atom enerjisi təşkilatının sədri Firidun Abbası son zamanlar özünün Vyana səfəri zamanı Yukiya Amano ilə görüşüb və onu İranın nüvə fəaliyyətlərinə baxış keçirmək İslam Respublikasına üçün dəvət edib .

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 04