Şimali Atlantik Alyansının Liviyada apardığı hərbi əməliyyatlar hər hansı bir nəticə vermir
well/Aran agentliyi
Şimali Atlantik Alyansının Liviyada apardığı hərbi əməliyyatlar hər hansı bir nəticə vermir. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin belə bir bəyanatla çıxış edib, - “Rosbalt” xəbər verir.
NATO hərbçilərinin hədəfində dünya ölkələrindən öz gücünə görə xeyli geridə qalan bir ölkənin Silahlı Qüvvələridir. Lakin bombardmanlar heç bir nəticə vermir. Bütün bu vəziyyət bizə nəyi göstərir? Birincisi, müharibə ilə heç bir zaman siyasi məqsədlərə çatmaq mümkün deyil. İqtisadi hədəflərə isə əzələ nümayişi ilə heç nail olmaq olmaz”, - deyə Roqozin vurğulayıb.
“İkincisi, NATO-nun addımlarına baxan zaman biz onların necə əzələ nümayiş etdirdiklərini görürük. Belə bir təəssürat yaranır ki, onlar Liviya əməliyyatlarında əzələlərini təbii yollarla deyil, hansısa dərmanlarla şişirdib. Yəni, guya onlar nəsə edirlər. əslində isə ciddi bir nəticə yoxdur. Əfqanıstanda da yerüstü əməliyyatlara keçid almaq üçün onlar belə edirdilər”, - deyə Roqozin vurğulayıb.