Tarix : 2011 Jul 04
Kod 23840

İlham Əliyev Obamadan Dağlıq Qarabağ münaqişəsinin həllini xahiş edib

Prezident İlham Əliyevin amerikalı həmkarı Barak Obamaya ABŞ-ın milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubunda yazıb
well/Aran agentliyi

Prezident İlham Əliyevin amerikalı həmkarı Barak Obamaya ABŞ-ın milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubunda yazıb :" Birləşmiş Ştatların regionumuzda sülhün, sabitliyin bərqərar olmasında marağı bizim üçün çox əhəmiyyətlidir. Ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olmuş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən sizin səylərinizin tezliklə öz bəhrəsini verəcəyinə böyük ümidlər bəsləyirik".

Prezident İlham Əliyevin amerikalı həmkarı Barak Obamaya məktubunda həmçinin Azərbaycanla ABŞ arasındakı münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb : "İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik."

İlham Əliyevin Barak Obamaya əminlik verib ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələrin, demokratik, hüquqi dövlət quruculuğu xəttinin gerçəkləşməsi yolunda əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 04