İslam İnqilabının Böyük Rəhbəri deyiblər: ABŞ və Sionist rejim öz təbliğatları və media imkanları ilə İslam Quruluşunun region xalqları üçün bir ...
well/Aran agentliyi
Səhər TV-İslam İnqilabının Böyük Rəhbəri deyiblər: ABŞ və Sionist rejim öz təbliğatları və media imkanları ilə İslam Quruluşunun region xalqları üçün bir nümunəyə çevrilməsini nə qədər inkar etməyə çalışsalar da, həqiqətləri və gerçəklikləri inkar edə bilməzlər.
Ayətullahül-üzma Xamenei bu gün İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın komandanları ilə görüşdə region hadisələrini misilsiz habelə, region və dünya tarixində yeni səhifə adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Regionda cərəyan edən hadisələrdə insanlar sözün əsl mənasında tövhid və ilahi baxışlarla səhnəyə daxil olublar və region tarixində yeni səhifə açıblar.
O həzrət ABŞ və sionist rejimin İslam Quruluşunun region xalqları üçün nümunəyə çevrilməsindən qorxduqlarına işarə edərək, vurğulayıblar: Hazırda regionda cərəyan edən xalq hərəkatlarının ikinci dalğası regiondan kənar ölkələrdə olacaq və bu hadisə gerçəkləşəcək.
İslam İnqilabının Böyük Rəhbəri İslam keşikçisi şəhidlər ağası İmam Hüseyn(ə.s)-ın səadətli mövludunun ildönümü günü və İranda Pasdarlar günü kimi qeyd olunan 3 Şaban ərəfəsində baş tutan bu görüşdə İslam İnqilabını həqiqi formada müdafiə etməyi İslam Quruluşunun irəliyə, inkişafa, səadətə və inqilabçı məqsədlərə doğru hərəkətin qorunması adlandırıb və deyiblər: İslam İnqilabının təkamülə və irəliyə doğru hərəkətinin mühüm və zəruri məqamlarından biri cəmiyyətdə ixtilaflara rəvac verməkdən, hay-küy qoparmaqdan və insanlar arasında çaxnaşma yaratmaqdan çəkinməkdir.
Ayətullahül-üzma Xamenei bütün hökumət orqanları, siyasi cərəyanlar və düşüncə sahiblərinin birliyinə təkid edərək, İslam İnqilabı Keşikçiləri Korpusunu irəliyə doğru hərəkətin, gələcəyə ümidin, səy və təlaşın qorunmasına dəvət edib.
İslam İnqilabının Böyük Rəhbəri sonda buyurublar: Sepah üçün ən zəruri məqamlardan biri proqramlaşdırmanın davam etdirilməsidir