Ermənistanın müdafiə naziri Seyran Ohanyan dünən Şimali Atlantika Alyansı NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
well/Aran agentliyi
Ermənistanın müdafiə naziri Seyran Ohanyan dünən Şimali Atlantika Alyansı NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb.
Bu görüşdə Ermənistan- NATO əməkdaşlıqları haqda fikir mübadiləsi aparılıb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, tərəflər bu görüşdə Ermənistan və NATO arasındakı əməkdaşlıqların müvəffəqiyyətlə izlənilməsindən razılıq ediblər. Bu məlumata görə Ermənistan və NATO arasındakı əməkdaşlıqlar sülhü müdafiə, hərbi təlimlər və müdafiə sektorunda islahatları əhatə edir.
Seyran Ohanyan Ceyms Apatorayı NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunması münasibəti ilə təbrik edərək, ümidvarlıq edib ki, onun fəaliyyət dövründə Ermənistan və NATO əməkdaşlıqlarında mühüm irəliləyişlər əldə olunsun