Ötən gün Amerika Fox News-da ABŞ prezidenti Barak Obamanın sui-qəsd nəticəsində öldürüldüyü xəbəri hamını şoka salıb
well/Aran agentliyi
Ötən gün Amerika Fox News-da ABŞ prezidenti Barak Obamanın sui-qəsd nəticəsində öldürüldüyü xəbəri hamını şoka salıb.
“Qafqazinfo”nun məlumatına görə, hakkerlərin hücumuna məruz qalan saytın “Twitter” şəbəkəsindəki hesabında Obamanın öldüyü yazılıb. Altı dəfə yazılan statusda Obamanın İovada sui-qəsdin qurbanı olduğu bildirilib. Statuslarda həmçinin cinayətkarların hələ məlum olmadığı yazılıb. Artıq hesab ləğv edilib.