Tarix : 2011 Jul 04
Kod 23845

İctimai Palatanın bank hesabı bağlandı

İctimai Palatanın 2 aprel məhbuslarının özlərinə, ailələrinə və vəkillərinə yardım məqsədilə yaratdığı bank hesabı bağlanıb
well/Aran agentliyi

İctimai Palatanın 2 aprel məhbuslarının özlərinə, ailələrinə və vəkillərinə yardım məqsədilə yaratdığı bank hesabı bağlanıb. İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın “Qafqazinfo”ya verdiyi məlumata görə, Access Bank-da açılan hesab dünən bank tərəfindən bağlanıb.

Hesabın bağlanmasının səbəbi isə onun fond hesabı olması ilə izah ediblər: “Biz bu gün saat ikidə Access Bankın Binəqədi rayon filialında olduq, filialın rəhbəri ilə görüşdük. O bildirdi ki, bu fond hesabıdır, ona görə də bank onu aça bilməz. Mən isə etiraz etdim ki, bu mənim adıma açılmış şəxsi hesabdır, sadəcə olaraq ora gələn gəlir məhbuslar üçün xərclənəcək”.

Şura üzvü vurğulayıb ki, yəqin ki, İP Access Bankı məhkəməyə verəcək və bankın Avropadakı səhmdarlarını bu barədə xəbərdar edəcək: “Biz Access Bankı Azərbaycanda normal fəaliyyətlə məşğul olan bank hesab edirdik, belə görünür ki, onlar da siyasətlə məşğuldurlar”.

V. Mirkamal qeyd edib ki, lazım gəlsə xarici ölkələrin də birində hesab açılacaq.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 04