Tarix : 2011 Jul 04
Kod 23848

Cəmil Çiçək Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədr seçilib. APA-nın məlumatına görə, bu gün TBMM-də sədr seçkisi keçirilib
well/Aran agentliyi

Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədr seçilib. APA-nın məlumatına görə, bu gün TBMM-də sədr seçkisi keçirilib.

Sədrliyə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Cəmil Çiçək və Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) isə Tunca Toskay öz namizədliklərini irəli sürüblər.

İlk turda C. Çiçək 302, T. Toskay 50, Z. Kazdal 23 səs alıb. 1-ci turda qalib gəlmək üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan 2-ci tur keçirilib. Z. Kazdal ilk turdan sonra namizədliyini geri götürüb. İkinci turda C. Çiçək 322, T. Toskay 52 səs alıb. Bu turda da üçdə iki səs çoxluğu tələb olunduğu üçün yeni sədr 3-cü turda müəyyənləşib. 322 səs alan C. Çiçək TBMM-nin sədri seçilib.

Türkiyə siyasətinin təcrübəli simalarından olan Cəmil Çiçək 1946-cı ildə doğulub. İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının (ANAP) qurucularından biri olub. ANAP hökumətində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini tutub. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən C. Çiçək AKP hakimiyyətə gəldikdən sonra əvvəlcə ədliyyə naziri, sonra baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 04